BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində

            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində

            first degree 6 April 2026 13:48

            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində

            Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və “İƏT Modeli” klubunun birgə təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında yerləşən Siyasi repressiya qurbanları muzeyinə ekskursiya təşkil edilib.

            Ekskursiya zamanı tələbələrə muzey barədə məlumat verilib. Bildirilib ki, muzey 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində yaradılıb. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadimi, elm, mədəniyyət, incəsənət nümayəndəsi, sıravi vətəndaş repressiyaya məruz qalıb. 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulub. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanunla bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.

            DSX-nin inzibati binasında muzeyin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

            Sonra tələbələr muzeyin eksponatları ilə yaxından tanış olublar.

            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində
            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində
            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində
            BDU tələbələri Siyasi repressiya qurbanları muzeyində
            first degree

            Son XƏBƏRLƏR

            07.04.2026 | 14:43

            BDU-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar

            07.04.2026 | 13:21

            BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

            06.04.2026 | 21:44

            BDU rektoru II Qazaxıstan–Azərbaycan Universitetləri Rektorları Forumunda iştirak edib

            06.04.2026 | 20:46

            BDU nümayəndə heyəti “Study in Azerbaijan” sərgisinin açılış mərasimində iştirak edib

            06.04.2026 | 13:14

            BDU-da Azərbaycanın regional iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm rolu araşdırılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025