BDU tələbələri “KPMG Azerbaijan” şirkətində iş imkanları barədə məlumatlandırılıb
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşəbbüsü ilə “KPMG Azerbaijan” şirkətinin nümayəndələrinin Mexanika-riyaziyyat, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri ilə görüşü təşkil edilib.
Əvvəlcə şirkət nümayəndələri tələbələrə “KPMG Azerbaijan”ın fəaliyyəti, iş prinsipləri və karyera imkanları barədə ətraflı məlumat veriblər. Tələbələrin peşəkar inkişafına töhfə vermək məqsədilə təşkil olunan görüşdə “KPMG Azerbaijan”ın təcrübə proqramının tələbləri, seçim meyarları, müraciət prosesi haqqında geniş təqdimat edilib. Bildirilib ki, bu proqram gənc mütəxəssislərə real iş mühiti ilə tanış olmaq, bilik və bacarıqlarını təkmilləşdirmək, karyeralarını qurmaq üçün unikal şans yaradır.
Daha sonra tələbələrin sualları cavablandırılıb.