BDU-nun tələbə və məzunları üçün yeni iş təcrübəsi imkanları müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları “ATL Academy”nin direktoru Aydan Haşımova və Satış departamentinin rəhbəri Xanım Hüseynzadə ilə görüş keçiriblər.
Görüşdə əsas müzakirə mövzusu tələbə və məzunların iş dünyası ilə daha yaxından tanış olması, onlara real iş təcrübəsi qazandırmaq məqsədilə təcrübə proqramları və vakansiyaların əlçatanlığının artırılması olub. Görüşdə tələbə və məzunların texniki bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə müxtəlif layihə və təqaüd proqramlarının həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, gənclərin iş dünyasına inteqrasiyası və onların peşəkar inkişafına dəstək verilməsi məqsədilə əməkdaşlığın vacibliyi vurğulanıb.