BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

            BDU-nun təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

            economy 13 April 2026 14:58

            BDU-nun təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

            Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə tədris olunan 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək, müvafiq akkreditasiya sertifikatları ilə təltif olunub. Proqramların akkreditasiyası Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olan Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən aparılıb.

            Ötən ay keçirilən akkreditasiya prosesi çərçivəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 ixtisaslaşma (“Bərk cisim elektronikası”, “Biofizika”, “Diskret sistemlər”, “Ekoloji kimya”, “Geokimya”, “Mikrobiologiya”, “Molekulyar biologiya”, “Nanomateriallar kimyası”, “Radiasiya materialşünaslığı”, “Riyazi analiz” və “Riyazi modelləşdirmə”) üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən Universitetdə kompleks və genişmiqyaslı qiymətləndirmə aparılıb. Prosedurlara uyğun olaraq keçirilən sahə səfəri zamanı ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və Universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər. Beynəlxalq ekspertlər Universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Eyni zamanda, akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı da təmin edilib. Yekun qiymətləndirmə nəticələrinə əsasən, təbiət-dəqiq və texniki istiqamətlərə aid magistratura səviyyəsində tədris olunan 11 proqramın 5 il (27 mart 2031-ci il tarixinədək) müddətinə tam akkreditasiyadan keçirilməsi barədə qərar Akkreditasiya Komissiyaları tərəfindən qəbul edilib.

            Qeyd edək ki, akkreditasiya prosesi BDU-da həyata keçirilən təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləməklə yanaşı, Universitetin akademik mühitinin inkişafına və qlobal rəqabətqabiliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verir.

            economy Internationalization

            Son XƏBƏRLƏR

            13.04.2026 | 15:26

            BDU-da “Azərbaycanda gender qanunvericiliyinin inkişafı” mövzusunda tədbir

            13.04.2026 | 14:22

            BDU-nun Astrofizika kafedrası: “Aprelin sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək”

            13.04.2026 | 12:46

            BDU tələbələri üçün təlim: "İnsanlar əslində bizə nə deyir?"

            13.04.2026 | 10:21

            BDU və Özbəkistanın Geoloji Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025