BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır

            economy 13 August 2026 15:59

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 9 kafedra (Psixologiya, Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Fəlsəfə, Pedaqogika, Sosial iş və Süni intellekt etikası kafedraları) , 2 elmi-tədqiqat laboratoriyası və “İNKİŞAF” respublika elmi-praktik mərkəzi fəaliyyət göstərir.

            Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.

            “Psixologiya” ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şəraitlər zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.

            “Sosiologiya” ixtisası üzrə məzunlar ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətlərdə müxtəlif mərkəz və qurumlarda çalışa bilərlər.

            “Fəlsəfə” ixtisası üzrə məzunlar müvafiq tədqiqat müəssisələrində, özəl və dövlət qurumlarında çalışa, ali təhsil müəssisələrində və kolleclərdə müəllim, elmi-tədqiqat institutlarında  elmi işçi, hökumət orqanlarında, müxtəlif nazirliklərdə, icra hakimiyyəti orqanlarında, humanitar sahələrlə bağlı yaradılan qurumlarda, analitik təhlil bacarığı tələb edən sahələrdə məsləhətçi kimi işləyə bilərlər. Eyni zamanda təşkilati-inzibatçılıq işlərində  dövlət qulluqçusu kimi də fəaliyyət göstərə bilərlər.

            “Sosial iş” ixtisası üzrə məzunlar əhalinin aztəminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləyə bilərlər.

            “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində müxtəlif təhsil müəssisələrində işlə təmin oluna bilərlər.

            “Xüsusi pedaqogika” ixtisası üzrə məzunlar inklüziv təhsil sahəsində fəaliyyət göstərməklə sağlamlıq imkanları məhdud şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması, yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsinini həyata keçirirlər. Onlar xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin oluna bilərlər.

            Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

            economy first degree

            Son XƏBƏRLƏR

            14.08.2026 | 18:07

            BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

            13.08.2026 | 19:15

            BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb

            13.08.2026 | 15:51

            BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            13.08.2026 | 15:42

            BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            13.08.2026 | 15:41

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025