BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə fakültənin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin məzarı ziyarət olunub.
Ceyhun Şalıyevin əziz xatirəsi ehtiramla yad olunub. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində əbədi qalacağı vurğulanıb.
Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.