BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun rektoru Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının Rəhbər Komitə iclasında məruzə ilə çıxış edib

            BDU-nun rektoru Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının Rəhbər Komitə iclasında məruzə ilə çıxış edib

            Internationalization 5 February 2026 17:29

            BDU-nun rektoru Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının Rəhbər Komitə iclasında məruzə ilə çıxış edib

            2026-cı il 4–5 fevral tarixlərində Avstriyanın Vyana şəhərində BMT-nin Kosmosdan Dinc Məqsədlər üçün İstifadə üzrə Komitəsinin (UNCOPUOS) koordinasiyası ilə Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative – ISWI) proqramının Rəhbər Komitəsinin növbəti iclası keçirilir. İclas çərçivəsində Baku Dövlət Universitetinin (BDU) rektoru və ISWI üzrə Azərbaycanın milli koordinatoru Elçin Babayev BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) dəvəti ilə son beş ildə Azərbaycanda kosmik hava sahəsində həyata keçirilmiş elmi və elmi-təşkilati fəaliyyətə həsr olunmuş məruzə ilə çıxış edib.

            Təqdimat əsasən Azərbaycanda kosmik hava (Space Weather) istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq mexanizmləri, ölçmə cihazlarından alınan məlumatların təhlili sahəsində əldə olunmuş nəticələrə həsr olunub. Məruzədə ölkədə kosmik hava müşahidələrinin təşkili, beynəlxalq şəbəkələrində iştirak, məlumatların təhlili və modelləşdirmə proseslərinə inteqrasiyası, eləcə də bu istiqamətdə formalaşan elmi potensial geniş şəkildə təqdim edilib. Azərbaycanda kosmos və kosmik hava sahəsində fəaliyyət göstərən müvafiq qurumlar, eləcə də həyata keçirilən tədqiqatlar və layihələr barədə ətraflı məlumat verilib.

            Eyni zamanda, çıxışda kosmik hava üzrə tədqiqatların ali təhsil mühitinə inteqrasiyası, kadr hazırlığı, gənc tədqiqatçıların və tələbələrin bu sahəyə cəlb olunması, cəmiyyətin maarifləndirilməsi və ictimaiyyətlə əlaqələr fəaliyyətinin gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Vurğulanıb ki, kosmik hava hadisələrinin öyrənilməsi təkcə fundamental elm baxımından deyil, həm də Günəşin Yerə, atmosferə, ionosferə və maqnit sahəsinə, həmçinin bioloji sistemlərə və iqlimə mümkün təsirləri, o cümlədən müasir texnoloji sistemlərin - rabitə, naviqasiya və enerji infrastrukturlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışın sonunda Azərbaycanın bu istiqamətdə növbəti beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməyə hazır olduğu da diqqətə çatdırılıb.

            ISWI Rəhbər Komitəsinin iclası milli koordinatorlar üçün öz ölkələrində həyata keçirilən fəaliyyətlərin, tədqiqat nəticələrinin və gələcək planların təqdimatı baxımından mühüm platforma rolunu oynayır. Bu baxımdan, Azərbaycanın kosmik hava sahəsində son illərdə atdığı addımlar və BDU-nun aparıcı akademik mərkəz kimi bu prosesdə oynadığı rol maraqla qarşılanıb.

            Qeyd edək ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramı BMT-nin aidiyyəti qurumları və aparıcı elmi mərkəzlərin iştirakı ilə kosmik havanın öyrənilməsi, monitorinqi və proqnozlaşdırılması istiqamətində qlobal elmi əməkdaşlığı təşviq edən nüfuzlu beynəlxalq platformadır.

            Internationalization

            Son XƏBƏRLƏR

            05.02.2026 | 14:26

            BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

            05.02.2026 | 11:06

            BDU-da Çin Yaz Festivalı keçirilib

            05.02.2026 | 09:47

            BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025