BDU-nun Psixoloji yardım sektorunun psixoloqu “Hədəf” liseyində təlim keçib
first degree
24 April 2025 16:46

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun (PYS) psixoloqu İlkanə Mənsumova “Analar liseydə” layihəsi çərçivəsində “Hədəf” liseyinin müəllim və valideynlərinə “Uşağın inkişafında valideynlik üslublarının rolu” mövzusunda təlim keçib.
Psixoloq valideynlərə “valideynlik üslubları” anlayışı barədə məlumat verib. Qeyd edib ki, bu, valideynlərin övladlarına qarşı sərgilədikləri davranış və tərbiyə metodlarını təsvir edən psixoloji anlayışdır. Bu üslublar uşağın inkişafına, şəxsiyyətinin formalaşmasına və sosial bacarıqlarına əhəmiyyətli dərəcədə təsir göstərir. O, dörd (avtoritar, demokratik, icazəverici, laqeyd) əsas valideynlik üslubu, onların xüsusiyyətləri və uşaqların şəxsiyyətinin formalaşmasına müsbət və mənfi təsirini konkret nümunələrlə izah edib.
Sonda isə valideyn-övlad münasibətlərində güclü bağ qurmağın yolları və önəmi müzakirə olunub. Valideynlərin uşaqların psixososial inkişafındakı rolu, onların emosional stabillik və sosial bacarıqlarının inkişafında necə təsir göstərdiyi haqqında fikir mübadiləsi aparılıb.
Son XƏBƏRLƏR
08.11.2026 | 00:00
Müstəqilliyimizin əbədi rəmzi
08.11.2026 | 18:35
BDU kollektivi Zəfər parkını ziyarət edib
08.11.2026 | 11:00
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
07.11.2026 | 00:00
Milli qürur günümüz
07.11.2026 | 20:37