BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”

            BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”

            first degree 31 January 2025 11:40

            BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”

            Ali təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinin (BDU) uğurunun sirri həm də onun yüksək biliyə malik tələbə-gənclərindədir. Belə tələbələrimizdən biri də Vüqar Quliyevdir. İki dəfə Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan müsahibimizin həyat tərzinə çevrilən riyaziyyat onun üçün həm də uğurun açarıdır. Vüqarın məqsədi riyaziyyat elmində yeniliklərlə yanaşı, fərq yaratmaqdır. Artıq onun öz yetirmələri də var...

            - Vüqar, özünü bir qədər təqdim edərdin.

            - Tovuz rayonu Çeşməli kənd tam orta məktəbində təhsil almışam. Sonradan Bakıdakı Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində təhsilimi davam etdirdim. 2021-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasına müsabiqədənkənar qəbul olundum. Müsabiqədənkənar qəbul olunmağıma səbəb isə Respublika Fənn Olimpiadalarındakı (RFO) uğurlarım idi. Riyaziyyat fənni üzrə IX sinifdə bürünc (III yer), X sinifdə qızıl (I yer), XI sinifdə isə gümüş medala (II yer) layiq görülmüşdüm. Buna görə də özümə daha yaxın bildiyim “Riyaziyyat” ixtisasını seçdim. Hazırda isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Riyazi analiz” ixtisaslaşması üzrə magistratura təhsili alıram.

            - Riyaziyyata həvəsin necə yaranıb? Nə üçün bu ixtisas?

            - Riyaziyyata kiçik yaşlarımdan həvəsim olub. Atam riyaziyyatı yaxşı bilirdi, həvəsimi görüb, mənimlə daha çox məşğul olmağa başladı. Sonradan məktəbdə müəllimlərimin göstərdiyi diqqət, Universitet dövrünün mənə qatdıqları təhsil aldığım ixtisasa daha da bağlanmağıma səbəb oldu. Gələcəkdə riyaziyyat üzrə xaricdə təhsil və araşdırma imkanlarından yararlanmağı düşünürəm. Əsas məsələ öyrənmək üçün yaxşı fürsətlərin olmasındadır.

            - Nə üçün müsabiqədənkənar qəbulda məhz BDU-nu seçdin?

            - Bakı Dövlət Universitetinin köklü riyaziyyat məktəbi, yaxşı müəllimləri var. Bu baxımdan BDU mənim üçün ideal idi. Və mən yanılmamışam.

            - Riyaziyyatı sənə daha çox sevdirən və ya diqqətini nisbətən çox çəkən hansısa nəzəriyyə, teorem və ya araşdırma varmı?

            - Riyaziyyatda ədədlər nəzəriyyəsi mənə çox maraqlı gəlir. Burada hələ də bir çox açıq məsələlər var. Məsələn, məşhur Riemann hipotezi, yaxud da sadə ədədlər haqqında fərziyə ilə bağlı həll olunmamış məqamlar var. Bu tip məsələlər hər kəsin marağını cəlb etsə də, çox çətindirlər. Amma riyaziyyatçılar üçün ən maraqlısı da bu tip çətin həlli olan məsələlər üzərində çalışmaqdır. İxtisaslaşmam olan riyazi analiz də mənə çox maraqlı gəlir. Fikrimcə, riyaziyyatı maraqlı edən cəhətlərdən biri də çətin olması ilə bərabər, hər yerdə bənzər ideyaların olmasıdır. Bir-birinə bənzər ideyalar fərqli yerlərə tətbiq edilir, bu da onun heç bir sahəsini sıxıcı etmir.

            - Riyaziyyat doğrudan belə çətin elmdir, yoxsa öyrənməyin daha asan metodları var?

            - Əslində riyaziyyat çətindir, amma əsas olan çətini tapmaq üçün özünüzdə həvəs yaratmaqdır. Asanı əldə etmək marağı o qədər də cəlb etmir. Öyrənməyin asan yolu isə sahəni kiçik yaşlardan sevməkdən başlayır. Riyaziyyata olan marağım məktəb dövründən olimpiada hərəkatına qoşulmağıma səbəb oldu. RFO-dan sonra Elm və Təhsil Nazirliyinin beynəlxalq olimpiadalar komandasına qoşuldum. Oradakı dərslərə də qatılırdım. Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO), Balkan Riyaziyyat Olimpiadasında (BMO) və Qazaxıstanda keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında iştirak etmişəm. Sonradan BDU-nun təşkil etdiyi Riyaziyyat üzrə tələbələr arasında Respublika Olimpiadasında qalib olmağımız Bolqarıstanda keçirilən olimpiada üçün bir qapı oldu.

            - Bolqarıstanda iki il eyni müsabiqədə birincilik qazanmaq necə bir hissdir?

            - 3 nəfərlik komanda şəklində getdiyimiz və dünyanın 50-dən çox universitetinin iştirak etdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında iki dəfə BDU-nu təmsil etmişik. Hər iki olimpiadada iki gün ərzində 10 saat ərzində 10 sual – isbatı tələb edilən suallar təqdim edilirdi. Təbii ki, sualların çətinliyi və ondan irəli gələn narahatlıq hissinin sonunda qalib olmaq böyük sevincdir. Asandan çətinə doğru sıralanan suallar içərisində sonuncu ən çətini olur və onu isbat etmək bəzən insana imkansıza nail olmaq kimi gəlir. Fikrimcə, elə riyaziyyatı sevmə səbəbim də budur. Çətin mübarizənin sonundakı böyük qələbə və onun gətirdiyi rahatlıq hissi. Bu sevinci başqa heç nə əvəz eləmir.

            - Tələbə olmağına baxmayaraq, artıq sənin də öz yetirmələrin var...

            - BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyində olimpiadalara hazırlaşan uşaqlara dəstək oluram. Hətta ötən il məşğul olduğum iki VII sinif şagirdi RFO-da riyaziyyat fənni üzrə qızıl medala (I yerə) layiq görüldü. Uşaqlarda bu sahəyə maraq var. Gənc yaşlardan prosesin içində olmaq artıq gələcəkdə onların bir neçə addım qabaqda olması deməkdir.

            - Sənin üçün örnək olan riyaziyyatçı varmı?

            - Bəzən kiməsə bənzəməyə və ya onun yolu ilə getməyə çalışmaq böyük düşünməyimizin qarşısını alır. Bu sahədə kiminsə işlərindən nümunə götürməkdən çox, sadəcə riyaziyyatı öyrənmək istəyirəm. Çünki riyaziyyatda uğur ölçülməsi çətin olan bir şeydir. Uşaqlıqdan işlərini bəyənərək oxuduğum macar riyaziyyatçı Paul Erdös XX əsrin ən məhsuldar alimidir. Dövründə həddindən çox elmi məqalələri çap olunduğu üçün indi hətta “Erdös ədədi” ifadəsi yaranıb. Nə vaxtsa bu cür məqalələr çap etdirməyə başlasam, “Erdös ədədi” mənim üçün bir stimul olacaq.

            - Gələcək riyaziyyatçılara və ya bu sahəni seçmək istəyənlərə nə demək istərdin?

            - Riyaziyyatı öyrənmək həyata baxış bucağımı dəyişib. Bu elmə aludə olduqdan sonra insan fərqli düşünməyə başlayır. Məsələn, detalları qaçırmaq şansı daha az olur və hər şeyi isbatlamağa çalışır. Ən əsası isə, riyaziyyat bütün elm sahələrinin problemlərini həll edir, digər elmlərdən daha sürətlə inkişaf edir. Bunun üçün düşünürəm ki, “Bütün elmlərin şahı” adlandırılan riyaziyyatı öyrənmək elə həyat qədər maraqlıdır.


            Hazırladı: Nurlan Cəbrayılzadə

            BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”
            BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”
            BDU-nun olimpiada qalibi olan tələbəsi: “Riyaziyyat həyata baxış bucağımı dəyişib”
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025