BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında (RFO) tarixi uğura imza atıblar. Belə ki, liseyin şagirdləri tərəfindən 2026-cı il üzrə RFO-da 3-ü qızıl, 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 11 medal qazanılıb.
Liseyin şagirdləri riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə keçirilən olimpiadalarda yüksək nəticələr nümayiş etdiriblər:
Qızıl medal (3 nəfər):
- Xuraman Gülmalızadə — IX sinif (Azərbaycan dili və ədəbiyyatı)
- Elman Kərimli — XI sinif (kimya)
- Fidan Həşimova — IX sinif (kimya)
Gümüş medal (4 nəfər):
- Məhəmməd Abdulla — IX sinif (coğrafiya)
- Cabir Abbasov — XI sinif (kimya)
- Alikamal Həsən — IX sinif (riyaziyyat)
- Sulduz Hacıyev — IX sinif (riyaziyyat)
Bürünc medal (4 nəfər):
- Yusif İbrahimzadə — XI sinif (fizika)
- Ayxan Məmmədli — IX sinif (fizika)
- Zeynəb İsmayılova — X sinif (biologiya)
- Cəsur Rəsulzadə — X sinif (informatika)
Bu nəticələr liseydə tədris prosesinin səmərəli təşkili, şagirdlərin sistemli və məqsədyönlü hazırlığı, eləcə də müəllim heyətinin yüksək peşəkarlıq səviyyəsinin göstəricisidir. RFO qalibləri mövcud normativ sənədlərə əsasən, ali təhsil müəssisələrinə qəbul zamanı müvafiq üstünlüklər əldə edirlər ki, bu da liseyin məzunlarının gələcək akademik uğurlarına mühüm zəmin yaradır.
İstedadlı şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!