BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə 6-cı sinfini bitirən şagirdlər iştirak edə bilərlər.
Qeydiyyat prosesi 2026-cı il 9-19 iyun tarixlərində davam edəcəkdir. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçiriləcək.
Qəbul imtahanı 2026-cı il 4 iyul tarixində keçiriləcəkdir. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulmuşdur.
Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 150 dəqiqə təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 25 sual;
- Məntiq – 10 sual.
Qəbul imtahanı Bakı Dövlət Universitetində keçiriləcək, qeydiyyatdan keçən şəxslərə əlavə məlumatlar e-mail vasitəsilə göndəriləcəkdir.
Əlaqə üçün:
Telefon: (050) 569-01-38
Elektron-poçt: [email protected] / [email protected]