BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

            first degree 3 April 2026 18:22

            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Şanlı Zəfərə gedən yolun başlanğıcı – Aprel döyüşlərinin 10-cu ildönümü” adlı tədbir keçirilib.

            Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Aprel döyüşlərinin tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcı olduğunu deyib. Bildirib ki, Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub. Zaur Əliyev fakültənin şəhid məzunu Ceyhun Şalıyevin Aprel döyüşləri və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

            Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov Aprel döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrün siyasi xəritəsi barəsində danışıb. Müharibə və post müharibə dövründə atılan addımları, eyni zamanda ötən il avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin paraflanmasını Prezident İlham Əliyevin “güclü hüquqi və siyasi həmlə”si adlandırıb.

            Hüquq fakültəsinin şəhid məzunu Ceyhun Şalıyevin qardaşı, BDU-nun tələbəsi Kamal Şalıyev qardaşı ilə bağlı xatirələrini bölüşüb, Universitetdə keçirilən belə tədbirlər ilə şəhidlərimizin xatirəsinin yaddaşlara həkk olunduğunu deyib.

            Hüquq fakültəsinin tələbəsi Jalə Babazadə qalib gəncliyin məsuliyyətinin böyük olduğunu vurğulayıb: “Gənclərin borcu şəhidlərimizin qanları bahasına azad edilən torpaqlarımızı, ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaqdır”.

            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub
            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub
            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub
            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub
            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub
            first degree

            Son XƏBƏRLƏR

            03.04.2026 | 16:47

            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib

            03.04.2026 | 15:46

            “Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

            03.04.2026 | 11:01

            “Zəfərə gedən yol”

            03.04.2026 | 10:50

            BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir

            02.04.2026 | 16:42

            ​ BDU-da tədbir: “Aprel döyüşləri: tarixi yaddaş, milli qürur və Zəfər ruhu”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025