BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

            BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

            BSU 19 November 2025 18:11

            BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

            Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılarının elmi məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə iki nüfuzlu elmi bazadan – “Ongoing Research Index” və “JoVE” platformalarından sınaq müddətində ödənişsiz istifadə imkanı əldə edib.

            Dünyanın ilk resenzentli elmi video məlumat bazası olan “JoVE” elmi məqalələri video formatında təqdim edən və 30.000-dən çox eksperimental və tədris xarakterli videonu özündə birləşdirən beynəlxalq elmi resursdur. Platforma həm tədqiqatçılar üçün resenzentli eksperimental metod videoları, həm də müəllim və tələbələr üçün tədris materialları təqdim edir. “JoVE” məzmunu “PubMed”, “Scopus” və “Web of Science” kimi aparıcı elmi bazalar tərəfindən indekslənir. Onun əsas üstünlüyü laboratoriya proseslərini vizual şəkildə göstərərək eksperimentlərin daha dəqiq və təkrarlana bilən şəkildə aparılmasını təmin etməsidir. Platformaya 15 yanvar 2026-cı il tarixinədək https://app.jove.com/access linki vasitəsilə daxil olaraq məlumat bazasından istifadə etmək mümkündür.

            “Ongoing Research Index” məlumat bazası isə universitetlərin akademik heyətinin tədqiqat fəaliyyətinə kömək məqsədilə 160 000-dən çox cari dissertasiyaları və illik maliyyəsi 30 milyard ABŞ dollar həcmində təxminən 380 000-dən çox əlaqə məlumatları olan tədqiqat layihələri ilə əməkdaşlıqlar etmək imkanı yaradır. Platforma tədqiqatçılara və akademik ictimaiyyətə cari vaxtda davam edən tədqiqatları izləmək, trendləri müəyyənləşdirmək, əməkdaşlıq və ortaq maliyyələşmə imkanları yaratmaq imkanı verir. Bu isə universitetlər üçün strateji qərarların hazırlanması, tədqiqat göstəricilərinin yenilənməsi və reytinqin yüksəldilməsi baxımından əvəzsiz resursdur. Platformaya çıxış 18 dekabr 2025-ci il tarixinədək  www.OngoingResearchIndex.com linki vasitəsilə mümkündür.

            Hər iki beynəlxalq bazanın elektron resurslarından yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (AzKİK) üzv olan respublikanın 14 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.

            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025