BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ

            BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ

            economy 23 January 2026 14:21

            BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Azərbaycan dili” ixtisası üzrə əlavə təhsil alan Liu Xinao həm də Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin tələbəsidir. O, BDU və Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021-2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə əlavə təhsil alır. Azərbaycan dilinə və mədəniyyətinə göstərdiyi maraq onu dilimizi öyrənən əcnəbi tələbələr arasında fərqləndirir. Onunla BDU-da keçdiyi təhsil yolu, Azərbaycan mədəniyyəti ilə tanışlığı və gələcək planları barədə söhbət etdik:

            - Təhsil aldığımız proqrama görə, seçdiyin dilin ölkəsində bir semester ərzində oxumalısan. Səyahət etməyi də çox sevdiyim üçün seçdiyim yad ölkə Azərbaycan oldu. Ölkənizin mədəniyyəti, ədəbiyyatı, insanlarının düşüncə tərzi mənə yaxındır. Azərbaycan dilində ucadan danışmaq, kiminləsə söhbətləşmək çox xoşuma gəlir, çünki mən bu dildə ölkəmdə həmişə öz-özümə danışırdım. İndi burda - bu dilin vətənində danışmaq mənim üçün böyük təcrübədir.

            - Artıq beş aydır ki, dilimizi məhz BDU-da öyrənirsən, dərslərin necədir?

            - Məncə, təhsilin ən yaxşı göstəricisi müəllimlərdir. Onlar bizi öyrətmək üçün fərqli üsullardan, audiovizual materiallar və filmlərdən istifadə edirlər. Çində biz daha çox qrammatika öyrənirdik, amma burda kimləsə söhbət edəndə mən dinləyirəm. Azərbaycan dilində gec öyrəndiyim əsas məqam başa düşərək dinləmək idi. Bu baxımdan burdakı beş aylıq tələbə həyatım mühüm rol oynadı.

            - Azərbaycan filmlərini artıq izləmisən, ən çox hansını bəyəndin?

            - Mənim üçün dilini öyrəndiyim ölkənin filmlərini izləmək çox maraqlıdır. Hamısını sevdim, amma ən yadımda qalanı “O olmasın, bu olsun” idi. Həm gülməli, həm də dili çox maraqlı gəldi. Filmləriniz kimi mədəniyyətiniz və musiqiniz də çox maraqlıdır. Mən dərslərin köməyilə həm filmlərlə tanış oldum, həm də musiqi alətləri ilə. Xüsusilə də sazı çox sevdim. Hətta dostumla planlayırıq ki, Çinə qayıtmazdan əvvəl saz alaq. Orada da bu musiqi alətini tanıdaq.

            - Yəqin Azərbaycan ədəbiyyatından nümunələrlə tanışsan. Bizim nümunələrlə Çin ədəbiyyatında hansı oxşar cəhətlər var?

            - Ən sevdiyim Şah İsmail Xətainin “Dəhnamə” əsəridir. Ədəbiyyatımızın çox oxşar olduğunu düşünürəm. Bizim də əksər əsərlərimizdə məhəbbət, qəhrəmanlıq nümunələri var. Ailəyə, Vətənə məhəbbət hissləri oxşardı. Mən Azərbaycan ədəbiyyatını çox sevdim. Burdakı təhsilim bitsə də, Çinə qayıtdıqdan sonra ədəbiyyatınızdan nümunələr oxuyacam. Bu, mənim dilimi də inkişaf etdirəcək. 

            - Azərbaycan dilini öyrənən zaman sənə çətin gələn məqam nə oldu?

            -Məncə, ən çətin şəkilçilərin çox olmasıdır. Xüsusilə də, zaman şəkilçiləri. Mən danışanda düşünürəm ki, görəsən, hansı uyğun zaman şəkilçisini qoymalıyam? Bu həm çox vaxt aparır, həm də mənə çətinlik yaradır. Azərbaycan dilində oxumaq isə daha rahatdır.

            - Burda olduğun müddətdə azərbaycanlı tələbələrlə dostlaşmısan?

            - Əlbəttə, burdakı tələbələr çox mehribandılar. Bura gəlməzdən əvvəl bu, məni çox düşündürürdü. Amma burdakı dostlarım mənlə çox yaxşı davranırlar, müxtəlif mövzularda köməklik göstərirlər. Maraqlı tərəflərdən biri də odur ki, burda Çin dilini öyrənmək istəyən tələbələr var. Mən də təhsil aldığım dövrdə onlara bu mövzuda dəstək oldum. Dilinizi öyrəndim və öz dilimizi öyrətməyə çalışdım.

            - BDU-da nəyi ən çox xatırlayacaqsan?

            - BDU mənim ağlımda yaxşı təhsili və mehriban tələbələri ilə qaldı. Bu böyük ailənin parçası olmaq çox xoş oldu.

            - Çinə qayıdandan sonrakı planların nədir?

            - Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam. İlk işim bu olacaq. Planım isə dilinizi öyrənməyə davam etmək və biliklərimi artırmaq olacaq. Gələcəkdə çinli kimi Azərbaycan dilini tədris etmək istəyirəm.

            Hazırladı: Nuran Yaqubova

             

            BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ
            BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ
            economy BSU

            Son XƏBƏRLƏR

            23.01.2026 | 15:19

            BDU-da məktəblilər üçün infosessiya

            22.01.2026 | 17:59

            BDU Elmi Şurasının yeni ildə ilk iclası

            22.01.2026 | 16:48

            BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb

            22.01.2026 | 15:14

            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

            21.01.2026 | 11:47

            BDU-da qış imtahan sessiyası uğurla davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025