BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            economy 13 August 2026 15:42

            BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir.

            Bakalavriat səviyyəsində 5 ixtisas – “Coğrafiya”, “Coğrafiya müəllimliyi”, “Turizm işinin təşkili”, “Geomatika və geodeziya mühəndisliyi” və “Hidrometeorologiya” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

            “Coğrafiya” ixtisası üzrə məzunlar landşaftın təkamülü və dinamikası, təbiətin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların səmərəli istifadəsi, təbiət proseslərinin tədqiqi, sosial infrastrukturun və istehsalın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, dünyada və ölkəmizdə baş verən demoqrafik proseslərin öyrənilməsi sahələrində biliklərə yiyələnirlər. Bu ixtisas üzrə məzunlar müxtəlif dövlət qurumlarında, institutlarda, yaşıllaşdırma idarələrində və s.-də mütəxəssis kimi işləyə bilərlər.

            “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) Coğrafiya fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.

            “Turizm işinin təşkili” ixtisası üzrə məzunlar xarici və daxili turların təşkili, partnyorlarla əlaqə və işgüzar yazışmalar, müştəri sorğularının cavablandırılması, aviabilet əməliyyatları, operativ marketinq təkliflərinin hazırlanması, mehmanxana və sosial-ictimai sahədə xidmətlərin təşkili, xidmət keyfiyyətinə nəzarət sahələrində, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətləri və beynəlxalq turizm təşkilatlarında, Dövlət Turizm Agentliyi və s. qurumlarda işləyə bilərlər.

            “Geomatika və geodeziya mühəndisliyi” ixtisası üzrə məzunlar mühəndis, topoqrafik və mədən ölçmələri, coğrafi informasiya sistemləri (CİS), geodeziya şəbəkələrinin müşahidəsi, təhlili və qiymətləndirilməsi, nivelirləmə, geoməkan analizi, məsafədən zondlama, şəhər planlaşdırılması və ətraf mühitin monitorinqi sahələrində işləyə bilərlər.

            “Hidrometeorologiya” ixtisası üzrə məzunlar hidrometeoroloji müşahidələrin təşkili və aparılması, Xəzər dənizinin hidrometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin öyrəniməsi, müasir iqlim dəyişmələrinin, hidrometeoroloji hadisə və proseslərin təhlili, su ehtiyatlarının qiymətləndirilməsi, hidrometeorologiyada CİS-lərin tətbiqi sahələrində işləyə bilərlər.

            Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

            economy first degree

            Son XƏBƏRLƏR

            14.08.2026 | 18:07

            BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

            13.08.2026 | 19:15

            BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb

            13.08.2026 | 15:59

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır

            13.08.2026 | 15:51

            BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

            13.08.2026 | 15:41

            BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025