BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq”
BSU
11 June 2025 11:11

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.
Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Son XƏBƏRLƏR
08.11.2026 | 00:00
Müstəqilliyimizin əbədi rəmzi
08.11.2026 | 18:35
BDU kollektivi Zəfər parkını ziyarət edib
08.11.2026 | 11:00
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
07.11.2026 | 00:00
Milli qürur günümüz
07.11.2026 | 20:37