BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun Astrofizika kafedrası: “Martın 16-da ulduzlararası 3I/ATLAS kometi Yupiterə ən yaxın məsafədən keçəcək”

            BDU-nun Astrofizika kafedrası: “Martın 16-da ulduzlararası 3I/ATLAS kometi Yupiterə ən yaxın məsafədən keçəcək”

            BSU 6 March 2026 12:53

            BDU-nun Astrofizika kafedrası: “Martın 16-da ulduzlararası 3I/ATLAS kometi Yupiterə ən yaxın məsafədən keçəcək”

            16 mart tarixində 3I/ATLAS adlı ulduzlararası komet Yupiterə ən yaxın nöqtədən keçəcək.

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, hesablamalara əsasən, obyektin Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 astronomik vahid, yəni, təxminən 53 milyon kilometr olacaq. Bu, kosmik miqyasda yaxın keçid sayılsa da, obyekt üçün heç bir toqquşma riski yaratmır.

            3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometdir. O, 1 iyul 2025-ci ildə ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçərək yenidən ulduzlararası fəzaya qayıdacaq. Bu obyekt Günəş sistemindən keçdiyi təsdiqlənmiş üçüncü ulduzlararası obyektdir.

            Alimlər üçün bu yaxınlaşmanın əsas əhəmiyyəti Yupiterin güclü cazibə sahəsinin obyektin trayektoriyasına necə təsir etdiyini izləməkdir. Mövcud hesablamalara görə, Yupiter bu kometi öz orbitində “tuta” bilməyəcək, lakin onun hərəkətində kiçik qravitasiya dəyişiklikləri yarada bilər. Obyektin Günəşə ən yaxın keçidi isə 2025-ci il oktyabrın 29-da baş verib. Həmin vaxt o, Günəşdən təxminən 1.36 AU məsafədən keçib.

            Alimlər qeyd edirlər ki, 3I/ATLAS kimi ulduzlararası obyektlərin müşahidəsi çox nadir hadisədir. Bu cür cisimlər başqa ulduz sistemlərində formalaşmış maddənin bir növ “elçisi” kimi qiymətləndirilir və onların öyrənilməsi kosmosun müxtəlif yerlərində planet sistemlərinin necə yarandığını daha yaxşı anlamağa imkan verir.

            BSU

            Son XƏBƏRLƏR

            06.03.2026 | 18:00

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki

            06.03.2026 | 16:14

            BDU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

            06.03.2026 | 13:34

            BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş

            06.03.2026 | 12:54

            BDU tələbələri mediasiya prosesi barədə məlumatlandırılıb

            06.03.2026 | 12:12

            BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025