BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.
Yay semestri 2025/2026-cı tədris ilində bakalavr səviyyəsində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.
İyulun 27-sindən başlayan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 121-ədək fənn üzrə 735 bakalavr və 1 magistr iştirak edir.