BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”

            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”

            first degree 13 December 2024 17:42

            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin “Dünyanın nəbzi mediada döyünür” adlı təqdimatı keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Mərasimdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 105 il ərzində Universitet Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında mühüm xidmətlər göstərib, elm və təhsilin avanqardı olub. BDU təkcə elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlamayıb, gənclərin vətəndaş kimi formalaşmasına əvəzsiz töhfələr verib.

            Əliş Ağamirzəyev qeyd edib ki, keçmiş SSRİ-də ali jurnalistika təhsilinin əsası 1928-ci ildə məhz BDU-da qoyulub. Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan Jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunub. 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilib. Hazırda Jurnalistika fakültəsi BDU-nun istehsalata ən çox inteqrasiya edən fakültəsidir. BDU-nun, o cümlədən fakültənin Medianın İnkişafı Agentliyi, Audiovizial Şura, Mətbuat Şurası, müxtəlif telekanallar və agentliklərlə sıx əlaqəsi var. Son zamanlar fakültədə müxtəlif ixtisaslaşdırılmış auditoriyalar istifadəyə verilib.

            Daha sonra Jurnalistika fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

            BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, Azərbaycan jurnalistikası milli-mənəvi dəyərləri qorumaq, dövlətçilik maraqlarını müdafiə etmək baxımından daim həmrəylik nümayiş etdirirlər. Ölkə jurnalistləri 44 günlük Vətən müharibəsində ölkə başçısının, Ordumuzun yanında olmaqla həm peşə, həm də vətəndaşlıq borclarını yerinə yetirdilər: “Bütün bunlar müasir jurnalist kadrların yetişməsində faydalandığımız əsas məqamlardır. Jurnalistika fakültəsində Əli Sultanlı, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi korifeylər dərs deyib. Biz də onların öyrətdiyi ənənələr əsasında gənc nəsli formalaşdırır, müasir jurnalistikamızın fundamentini daha da gücləndirməyə çalışırıq”.

            “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev Bakı Dövlət Universitetinin ölkənin ali təhsil sisteminin mənəvi komandanlığı işinin öhdəsindən uğurla gəldiyini və məbəd olduğunu bildirib: “BDU-nun fakültələri arasında Jurnalistika fakültəsinin tam fərqli yeri var. Biz burada təkcə informasiya, müsahibə, reportaj yazmaq öyrənməmişik, həm də təmizlik öyrənmişik”.

            “ARB 24” telekanalının direktoru Radik İsmayılov bu gün BDU-nun Jurnalistika fakültəsinin tədris fəaliyyətinin təşkili ilə yanaşı, praktik səviyyədə biliklərin tətbiq edildiyi aktiv platforma rolunu oynadığını deyib. Qeyd edib ki, Universitet və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən "NewsLab" təlim proqramları vasitəsilə indiyədək 17 BDU tələbəsi telekanalda işlə təmin olunub. Ümumilikdə “ARB24”də 54 BDU məzunu çalışır, onlardan 42-ci Jurnalistika fakültəsinin məzunudur.

            Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Jurnalistika fakültəsinin məzunlarının müxtəlif dövlət qurumlarında BDU-nun adını ləyaqətlə təmsil etdiklərini bildirib.

            Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli hüquq-mühafizə orqanlarında çalışan jurnalistlərin peşə borcunu şərəflə yerinə yetirdiyini və ölkənin mənafelərini hər zaman qoruduğunu deyib.

            Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin təqdimatı: “Dünyanın nəbzi mediada döyünür”
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025