BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub

            BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub

            Internationalization 16 December 2025 14:45

            BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui şəhərində yerləşən və ölkənin ən qabaqcıl universitetlərindən biri olan Elm və Texnologiya Universitetində olub. Görüş zamanı Universitet Şurasının sədr müavini Congzhao Zhou və rəhbər heyət ilə ətraflı müzakirələr aparılıb. Görüşün əsas məqsədi iki universitet arasında akademik və elmi tədqiqat əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı layihə imkanlarının müzakirəsi olub.

            Görüş zamanı tərəflər birgə magistr və doktorantura proqramlarının hazırlanması, müəllim və tədqiqatçı mübadiləsi, ortaq laboratoriyaların yaradılması və konkret istiqamətlər üzrə elmi-tədqiqat layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər. Beynəlxalq konfranslar, seminarlar və akademik forumlar vasitəsilə elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

            BDU-nun rektoru Elçin Babayev iki universitet arasında təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mövcud imkanlardan səmərəli istifadə olunacağını qeyd edib. Çinin Elm və Texnologiya Universitetinin Universitet Şurasının sədr müavini Congzhao Zhou isə tərəflər arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.

            Görüşün sonunda tərəflər birgə layihələrin həyata keçirilməsi, birgə elm və təhsil proqramlarının təşkili və akademik mübadilə imkanlarının genişləndirilməsi üzrə əməkdaşlıq niyyətlərini təsdiqləyib və koordinasiya qrupu yaradıb.

            Qeyd edək ki, Çin Elmlər Akademiyasının birbaşa tabeliyində fəaliyyət göstərən Çinin Elm və Texnologiya Universiteti beynəlxalq reytinqlərdə dünyanın aparıcı ali təhsil müəssisələri sırasında qərarlaşır və Çin elmi-tədqiqat mühitinin əsas mərkəzlərindən biri hesab olunur. Belə ki, universitet "THE World University Rankings 2026" reytinqində 51-ci, "Nature Index" göstəricilərinə əsasən 2-ci, "QS World University Rankings 2026" siyahısında isə 131-ci mövqedə qərarlaşıb.

            BDU nümayəndə heyəti Çinin Elm və Texnologiya Universitetində olub
            Internationalization

            Son XƏBƏRLƏR

            16.12.2025 | 00:00

            Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

            16.12.2025 | 16:39

            ƏƏSMN BDU tələbələri üçün dövlət qulluğunun üstünlüklərinə dair infosessiya keçirib

            16.12.2025 | 16:07

            Çinin Sosial Elmlər Akademiyası nəzdində Modernləşmə Milli Akademiyasının nümayəndələri BDU-da

            16.12.2025 | 14:47

            BDU nümayəndə heyəti Anhui Universitetinin Stony Brook İnstitutunun təcrübəsi ilə tanış olub

            16.12.2025 | 14:35

            BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025