BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU müəlliminin “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası nəşr olunub

            BDU müəlliminin “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası nəşr olunub

            economy 18 May 2026 15:51

            BDU müəlliminin “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası nəşr olunub

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası işıq üzü görüb.

            I Türkoloji qurultayın 100 illiyinə və Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə ithaf olunan monoqrafiyada görkəmli türkoloq alim, professor Bəkir Çobanzadənin elmi yaradıcılığında dil tarixi məsələləri ilk dəfə geniş və sistemli şəkildə araşdırılıb.

            Nəşrdə alimin dil tarixinə dair elmi baxışları dörd fəsildə təqdim olunub, tarixi qrammatika və ədəbi dil məsələləri kontekstində təhlil edilib. Kitabda fonetik, leksik və morfoloji quruluşun tarixi inkişaf mərhələləri ilə bağlı müxtəlif məsələlər elmi şəkildə şərh olunub. Bununla yanaşı, Bəkir Çobanzadənin ədəbi dil konsepsiyası, ədəbi dil tarixinin dövrləşdirilməsi, ədəbi şəxsiyyətlərin dili və ümumtürk ədəbi dili ilə bağlı fikirləri çağdaş elmi yanaşmalar əsasında müqayisəli şəkildə tədqiqata cəlb edilib.

            Monoqrafiyanın baş elmi redaktoru və “Ön söz”ün müəllifi BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyevdir. Elmi redaktorlar Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov və filologiya elmləri doktoru Qızılgül Abdullayeva, rəyçilər isə BDU-nun professoru Reyhan Həbibli, Türkiyənin Fırat Universitetinin professorları Ahmet Buran, Süleyman Kaan Yalçın və Kocaeli Universitetinin dosenti Kenan Acardır.

            Qeyd edək ki, kitab türkoloji dilçilik sahəsində çalışan alimlər, professor-müəllim heyəti, gənc tədqiqatçılar, tələbələr və Bəkir Çobanzadənin elmi yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

            BDU müəlliminin “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası nəşr olunub
            BDU müəlliminin “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası nəşr olunub
            economy BSU

            Son XƏBƏRLƏR

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            09.06.2026 | 13:29

            Misirin Azərbaycandakı səfiri BDU-da

            09.06.2026 | 12:54

            BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

            09.06.2026 | 10:38

            BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025