BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”

            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”

            first degree 13 January 2025 13:00

            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”

            Bu gün ölkəmizdə könüllülük gənclərin əsas fəaliyyət sahəsi ilə yanaşı, həyat tərzinə çevrilib. Elə Azərbaycanda uğurla icra edilən gənclər siyasətinin də əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Azərbaycanlı gəncləri fərqləndirən əsas özəllik Vətənə sevgi, dəyərlərə bağlılıq, könüldən gələn humanizmdir.
             
            Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin davamı kimi 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanunu, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi icra edilən və gələcəkdə görüləcək işlərə ən böyük təkan oldu.
             
            Hazırda ölkəmizdə ən müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü gənclərdən ibarət qruplar, qurumlar, tabe və müstəqil təşkilatlar yaradılıb. Onların arasında “BDU könüllüləri”nin xüsusi yeri var. Hazırda BDU-nun 25 minə yaxın tələbəsi, 3 mindən çox əməkdaşı, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti arasında böyük nüfuza sahib olan “BDU könüllüləri” təşkilatı öz ətrafında 1500-ə yaxın aktiv tələbə-gənci birləşdirir. Təşkilat artıq 5 ildir ki, ölkə ali təhsilinin flaqmanı olan BDU-nun uğurlarına öz payını qatmaqdadır. “BDU könüllüləri” tələbələrin inkişafı üçün şərait yaradaraq, əlverişli platformaya çevrilib. Belə ki, 2024-cü il ərzində “BDU könüllüləri” təşkilatının keçirdiyi 300-dən çox tədbir və fəaliyyətdə 13 mindən çox könüllü gənc iştirak edib.
             
            Təşkilatın 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təşkil etdiyi “Yaşıl Dünya Naminə” proqramı çərçivəsində 18 tədbir keçirilib, davamlı inkişaf prinsipləri və ekosistemin qorunması istiqamətlərində gənclərin ekoloji maarifəndirməsi artırılıb.
             
            “BDU könüllüləri” təşkilatı həmçinin müxtəlif könüllü gənclər təşkilatları ilə də əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Belə ki, bu il 706 könüllümüz Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkil etdiyi tədbirlərdə Universitetimizi təmsil edib. Bu tədbirlər sosial dəyərlərin formalaşdırılması və davamlı strateji yanaşmaların təşviqi məqsədilə təşkil edilib.
             
            BDU könüllüləri bu il ölkəmizin ev sahibliyi etdiyi, dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da uğurlu fəaliyyət nümayiş etdiriblər. Konfransda 74 BDU könüllüsü tədbirin keçirilməsinə dəstək verməklə bərabər, iqlim dəyişmələri ilə bağlı problemlər və həll yolları haqqında məlumatlılığı təşviq etməklə konfransın uğuruna töhfə veriblər.
             
            Bütün bunlarla yanaşı, BDU könüllüləri “Təcrübə könüllüləri” proqramı vasitəsilə Universitetin müxtəlif struktur və fakültələrində müvafiq istiqamətlər üzrə təcrübə əldə edərək, karyera quruculuğunda önəmli irəliləyişə nail olurlar. Bu günədək 18 BDU könüllüsü Universitetdə işlə təmin olunub. BDU könüllüləri digər gənclər təşkilatlarında da müxtəlif vəzifələrdə çalışır, burada əldə etdikləri təcrübələr ilə fəaliyyətlərini yüksək səviyyədə təşkil edirlər.
             
            Qeyd olunan faktlar Azərbaycanın ən qocaman və 105 yaşlı Universitetinin 5 yaşlı könüllü təşkilatının fəaliyyətinin xülasəsidir. Ulu Öndərimizin məzunu olması ilə fəxr etdiyi, Şərqdəki ilk demokratik respublikanın bizə miras qoyduğu, ənənə və müasirliyin vəhdətini özündə əks etdirən Universitetimizin zirvədə olması BDU könüllüləri üçün ən böyük stimul, qürur yeridir. İnanırıq ki, Vətənimizə, dövlətimizə, BDU-ya ürəkdən bağlı olan könüllülərimiz bundan sonra da öz fəaliyyətləri ilə uğuru nəsiblərinə çevirəcəklər.
             
            “BDU könüllüləri” təşkilatının sədri
            Nərmin HEYDƏROVA
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            “BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025