BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Zəfər Günü qeyd olunub

            BDU-da Zəfər Günü qeyd olunub

            first degree 7 November 2025 18:03

            BDU-da Zəfər Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə tədbir iştirakçıları Universitetin əsas tədris binasında Ümummilli Lider Heydər Əliyevin büstü və BDU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyublar.

            Tədbir Dövlət himni səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

            Sonra BDU TV-nin Zəfər Günü ilə əlaqədar hazırladığı videoçarx nümayiş etdirilib.

            BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 8 Noyabr xalqımızın öz milli dövlətçiliyi ilə qürur hissi keçirdiyi, fəxr etdiyi tarixi bir gündür, müasir tariximizdə böyük bir mərhələnin başlanğıcıdır. Bu gün bir vaxtlar Ulu Öndər Heydər Əliyevin gələcəyə inamla söylədiyi “Bizim əsas problemimiz işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsinin qəhrəman oğullarımızın əzmi, iradəsi və qanı ilə gerçəkləşdiyi bir məqamdır: “Vətənin azadlığı uğrunda canından və qanından keçmiş – şəhid olmuş, yaralanmış, misilsiz hünər göstərmiş hər bir əsgər və zabitin xatirəsini dərin ehtiramla anırıq. Onların adları xalqımızın yaddaşında cəsarət və fədakarlıq rəmzi kimi əbədi yaşayacaq. Təxminən 30 il ərzində torpaqlarımızın 20%-nin işğal altında qalmasına baxmayaraq,  xalqımız ədalətə olan inamını heç vaxt itirmədi, haqq-ədalətin bərpasını səbr və təmkinlə gözlədi. Beynəlxalq aləmdə vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini möhkəmləndirməyi, ordusunu gücləndirməyi, özünün dirçəliş və inkişaf dövrünün təməlini qoya bildi. Müdrik dövlət xadimi Heydər Əliyevin başlatdığı bu konstruktiv siyasət onun layiqli davamçısı, ölkəmizi tarixi qələbəyə inamla aparan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ilin 27 sentyabrında atəşkəs rejimini kobudcasına pozaraq, yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriyadan istifadə edərək intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan ordusu bütün cəbhə boyunca əks-hücum əməliyyatına başladı və 44 gün ərzində tarixin axarını dəyişdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz parlaq hərbi strategiya, texniki üstünlük, nizam-intizam və vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin hər günü qəhrəmanlıq və birlik salnaməsinə çevrildi. 8 noyabr 2020-ci ildə Ordumuz Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi və xalqımızın mənəvi məbədi olan Şuşa şəhərini azad etdi. Həmin andan etibarən üçrəngli bayrağımız yenidən Qarabağ səmasında qürurla dalğalanır və bu bayraq heç bir zaman enməyəcək”.

            Qələbədən sonra Azərbaycanın yeni bir tarixi dövrə — dirçəliş dövrünə qədəm qoyduğunu deyən rektor Elçin Babayev azad edilmiş torpaqlarda dayanıqlı inkişaf, innovasiya və yüksək mədəniyyət prinsiplərinə əsaslanan yeni bir həyatın başlandığını deyib: “Böyük qayıdış”, “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” proqramları dünyaya nümayiş etdirir ki, Azərbaycan təkcə müharibədə deyil, həm də sülh quruculuğu prosesində qalibdir. Biz doğma torpaqlarımıza elmi, təhsili və mədəniyyəti bərpa edən yaradıcı missiya ilə qayıdırıq.  Artıq döyüş meydanındakı qələbə zehinlərdə, qəlblərdə və mədəniyyətdə Qələbə kimi əbədiləşir. Xalqımızın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universiteti də öz məzunlarının Qələbəyə misilsiz töhfələr verməsi ilə qürur duyur. Düz 5 il bundan əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə əbədi həkk olundu. Ədalətin səbr və əzmkarlıqla bərpa edildiyini, xeyirin şər üzərində hər zaman qalib gəldiyini sübut edən şanlı Zəfərimiz həm də bütün dünya üçün tarixin ibrət dərsi oldu.Qoy millətimizin qürur mənbəyi, gələcəyə olan inamının əbədi rəmzi olan üçrəngli bayrağımız azad, qüdrətli, müstəqil və suveren Azərbaycanımız üzərində əbədi olaraq dalğalansın”.

            Milli Məclis sədrinin müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə milli dövlətçilik tarixinin yeni — inkişaf və güclənmə mərhələsinə qədəm qoyduğunu deyib: “Zəfər Günü - ölkənin gücünü, milli birliyini və şəhidlərimizin əziz xatirəsini yaşadan bir tarixdir. Bu gün gələcək nəsillərə Vətən sevgisini, azadlıq əzmini və müstəqilliyimizin dəyərini çatdıran bir simvol olaraq qalacaq. Azərbaycanın işıqlı gələcəyi uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Xalqımızın daim bir bayraq altında, birlik və qürur içində addımlayacağına inanırıq. Bu böyük Zəfərin işığında daha güclü və daha parlaq bir gələcək qurmaq əzmindəyik. Qoy Zəfərimiz əbədi olsun”.

            Daha sonra çıxış edən Milli Məclisin üzvü Rizvan Nəbiyev, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, II Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev, BDU-nun Jurnalistika fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Daşqın Əzizov ölkəmizin tarixi qələbənin beş illiyini böyük qayıdış, yenidən dirçəliş və Qarabağa ikinci həyat verməklə, qürurla qeyd etdiyini bildiriblər. Çıxışçılar Zəfər Gününün xalqımızın yaddaşında qürur və şərəf səhifəsi kimi əbədi qalacağına və Azərbaycanın tarixi Zəfərdən aldığı güc ilə daha da qüdrətlənəcəyinə inamlarını ifadə ediblər.

            Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqramla davam edib.

            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            BDU-da Zəfər Günü qeyd olunub
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025