BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BSU 5 December 2025 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə fakültənin məzunu - Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elm, təhsil və mədəniyyətin inteqrasiyalı inkişafında informasiya mühitinin rolu” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

            Konfransın açılış mərasimində BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları və iştirakçıları rektor Elçin Babayevin adından salamlayıb. Əliş Ağamirzəyev bildirib ki, BDU-nu indiyə qədər iki yüz mindən çox məzun bitirib. Vurğulayıb ki, hər bir universitetin nüfuzu elm, təhsil, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlarla yanaşı, eyni zamanda görkəmli məzunları ilə qiymətləndirilir: “Əlbəttə ki, BDU-nun ən böyük və dünya şöhrətli məzunu Ümummilli Liderimiz Heydər Əliyevdir. Həm sovet dövründə, həm də müstəqillik illərində Ulu Öndərimiz Heydər Əliyev Universitetin elm və təhsil ocağı kimi şöhrətlənməsinə şərait yaradıb, ona hər cür dəstək verib. Bu gün isə həmin tarixi missiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

            Prorektor qeyd edib ki, BDU-nun tarixi ənənələrindən biri də görkəmli məzunların irsinin öyrənilməsi, tədqiqi və təbliğidir. Bu il BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam olur. Zəlimxan Yaqubun yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızın kökləri üzərində formalaşıb: “Onun əsərləri bütün Türk dünyasında hər zaman rəğbətlə qarşılanıb, geniş oxucu kütlələri tərəfindən sevilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Zəlimxan Yaqubun irsinə və parlaq şəxsiyyətinə yüksək qiymət veriblər. Zəlimxan Yaqub Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeninə, Prezident İlham Əliyev tərəfindən isə “Xalq şairi” adına və “Şərəf” ordeninə layiq görülüb. Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr edilmiş Respublika elmi konfransı görkəmli şairin ədəbi irsinin tədqiqi, qiymətləndirilməsi, təbliği, kitabxana-informasiya resurslarında bu irsə dair mənbələrin sistemləşdirilməsi və təhlili baxımından mühüm əhəmiyyət kəsb edir”.

            Milli Məclisin deputatları Musa Urud, Elnarə Akimova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, professor Rüstəm Kamal, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, şair Vaqif Bəhmənli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, tənqidçi Əsəd Cahangir, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu çıxışlarında Zəlimxan Yaqub yaradıcılığının çoxtərəfli istiqamətləri və məziyyətləri barədə danışıblar. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova şairin Universitetə həsr etdiyi şeirini ifa edib.

            Sonda Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının irsinə verilən yüksək qiymətə və Respublika elmi konfransının təşkilinə görə BDU-nun rektoru Elçin Babayevə, məruzəçilərə və iştirakçılara ailələri adından minnətdarlığını bildirib.

            Qeyd edilib ki, 2 gün ərzində davam edəcək konfransda Xalq şairi Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı barədə, eyni zamanda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, oxucu zövqü, oxucu məmnunluğu, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar, mədəni irs, muzey, arxiv işi kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinləniləcək, müzakirələr aparılacaq.

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            04.12.2025 | 18:54

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı

            04.12.2025 | 18:03

            BDU-da “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib

            04.12.2025 | 16:34

            BDU Malayziyanın INTI Beynəlxalq Universiteti ilə əməkdaşlığa başlayır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025