BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

            BSU 8 December 2025 15:04

            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənət və sənətkar” mövzusunda Respublika elmi konfransı keçirilir.

            Konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar öz elmi-pedaqoji fəaliyyətini Universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Uzun illər ərzində Azərbaycan poeziyası, Ədəbiyyat tarixi, Poetika, Müasir ədəbiyyat fənlərini tədris edib. Bəxtiyar Vahabzadə elmi-pedaqoji fəaliyyətində tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub. İnanıram ki, konfransda milli ədəbiyyatımızın zənginliyi, ana dilimizin saflığının qorunması istiqamətində, ümumiyyətlə milli kimliyimiz, milli ideologiyamızın, azərbaycançılıq ideyasının müxtəlif aspektlərinə işıq tutan maraqlı məruzələr ediləcək”.

            BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev,  BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, şair Qəşəm Nəcəfzadə çıxışlarında Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. Bildirilib ki, onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

            Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Verdiyev  “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər.

            Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı
            BSU

            Son XƏBƏRLƏR

            12.12.2025 | 20:25

            Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib

            12.12.2025 | 17:01

            BDU-da “Bir ömrün salnaməsi” adlı tədbir

            12.12.2025 | 16:40

            BDU-nun Biologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

            12.12.2025 | 14:35

            Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri BDU-da

            12.12.2025 | 13:23

            “Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025