BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

            Internationalization 30 July 2026 19:52

            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

            “Bakıda Vyetnam günləri” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram keçirilib.

            Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Vyetnam Sosialist Respublikasının Dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycan–Vyetnam münasibətlərinin tarixinə, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərinə, Ümummilli Lider Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi töhfəyə və Azərbaycan–Vyetnam dostluğunun müasir mərhələsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

            BDU-nun rektoru Elçin Babayev çıxışında Azərbaycan–Vyetnam münasibətlərinin zəngin tarixindən və bu əlaqələrin inkişafında siyasi, iqtisadi, elmi, təhsil və humanitar əməkdaşlığın rolundan danışıb. Azərbaycan–Vyetnam dostluğunun mühüm səhifələrindən birinin Prezident Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri ilə bağlı olduğunu deyib. Həmin səfər zamanı Azərbaycanın neft sənayesi ilə yaxından tanış olan Ho Şi Minin ölkəmizin neft təcrübəsinə marağı sonrakı illərdə Vyetnamda neft sənayesinin inkişafı istiqamətində əməkdaşlığın möhkəmlənməsində mühüm amillərdən birinə çevrildiyindən söz açıb: “1981-ci ildə “Vietsovpetro” birgə müəssisəsinin yaradılmasından sonra Azərbaycanlı mühəndis, geoloq və digər mütəxəssislər Vyetnama ezam olunub, burada neft-qaz sənayesinin formalaşması və inkişafına öz töhfələrini veriblər. 1986-cı ilin iyununda Vyetnamda ilk neft hasilatının başlanması bu əməkdaşlığın mühüm nəticələrindən biri olub”

            Azərbaycan–Vyetnam münasibətlərinin siyasi müstəvisinin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərinin xüsusi əhəmiyyət daşıdığını deyən rektor Elçin Babayev Heydər Əliyevin səfərinin Vyetnamın yenidənqurma və inkişaf mərhələsində ölkəyə göstərilən iqtisadi, elmi-texniki və peşəkar dəstəyin genişlənməsinə, o cümlədən Azərbaycan mütəxəssislərinin Vyetnamda fəaliyyətinin güclənməsinə mühüm təkan verdiyini qeyd edib: “Müstəqillik dövründə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu sayəsində Azərbaycan–Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama dövlət səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verdi. 2015-ci ilin mayında Vyetnam Prezidenti Truong Tan Sanqın Azərbaycana rəsmi səfəri isə yüksək səviyyəli qarşılıqlı təmasların davamı olaraq iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdı. 2025-ci ildə isə iki ölkə arasındakı münasibətlər yeni strateji mərhələyə yüksəldi. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana tarixi səfəri zamanı Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edildi. Bununla da iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. 2026-cı ildə Azərbaycan və Vyetnam bu strateji tərəfdaşlığın birinci ildönümünü qeyd edir”.

            Rektor bildirib ki, təhsil əməkdaşlığı Azərbaycan–Vyetnam münasibətlərinin ən davamlı istiqamətlərindən biridir və indiyədək Azərbaycanda 4000-dən çox vyetnamlı tələbə və mütəxəssis təhsil alıb, onların 400-dən çoxu Bakı Dövlət Universitetinin məzunudur. Onlar hüquq, geologiya, fizika, riyaziyyat, şərqşünaslıq, kimya və biologiya kimi müxtəlif istiqamətlər üzrə təhsil alıblar. Bir çoxu sonrakı dövrlərdə Vyetnamın dövlət idarəçiliyində, parlamentində, elm və təhsil sahəsində, eləcə də digər mühüm istiqamətlərdə fəaliyyət göstərib: “Bu məzunlarımızın uğurları Bakı Dövlət Universiteti üçün böyük qürur mənbəyidir. Onlar Azərbaycan və Vyetnam arasında təhsil və insan əlaqələrinin formalaşdırdığı möhkəm körpünün canlı nümunələridir”.

            BDU ilə Vyetnamlı məzunlar arasında əlaqələrin bu gün də davam etdiyindən danışan BDU-nun rektoru 2015, 2017 və 2019-cu illərdə Vyetnamlı məzunlardan ibarət nümayəndə heyətlərinin Bakı Dövlət Universitetini ziyarət etdiyini, burada təhsil aldıqları fakültə, auditoriya və laboratoriyalara baş çəkib, müəllim və həmkarları ilə görüşdüklərini deyib. BDU Azərbaycan–Vyetnam münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2017-ci ildə Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Vyetnam Sosialist Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

            Elçin Babayev BDU ilə Vyetnam ali təhsil müəssisələri arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mobillik, tələbə və müəllim mübadiləsi, beynəlxalq elmi konfransların təşkili, doktorantura təhsili və birgə təhsil proqramlarının inkişaf etdirilməsinin əsas əməkdaşlıq istiqamətləri sırasında olduğunu bildirib. Rektor, həmçinin “Le Ngoc” Teatrının dəstəyi ilə “Bakıda Vyetnam günləri” çərçivəsində BDU-da təşkil olunan musiqili-mədəni proqramın Azərbaycan və Vyetnam arasında əlaqələrin mədəni-humanitar müstəvidə daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

            Sonra BDU-nun arxivlərində qorunub saxlanılan və Universitetin müxtəlif illərdə təhsil almış görkəmli vyetnamlı məzunlarına aid tarixi sənədlər əsasında hazırlanmış videoçarx nümayiş etdirilib. Arxiv materialları BDU ilə Vyetnam arasında onilliklər ərzində formalaşmış təhsil və insan əlaqələrinin tarixi izlərini əks etdirib.

            Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü, Vyetnamın Səsi (VOV) radiosunun sabiq baş direktoru Nguyen The Ky “Bakıda Vyetnam günləri” çərçivəsində BDU-da belə bir tədbirin təşkilinə görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, tədbirin Azərbaycan–Vyetnam Strateji Tərəfdaşlığının birinci ildönümünə təsadüf etdiyini qeyd edərək, “Le Ngoc” Teatrının yaradıcı heyətinin, o cümlədən xalq artistləri və əməkdar artistlərin iştirakının proqramı daha da zənginləşdirdiyini qeyd edib: ““Le Ngoc” Teatrının təqdim etdiyi proqram Vyetnam mədəniyyətinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılmasına, eləcə də iki xalq arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə inanıram”.

            Daha sonra “Le Ngoc” Teatrının yaradıcı heyəti və BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin birgə hazırladığı musiqili-mədəni proqram təqdim olunub. Proqram çərçivəsində Vyetnamın zəngin milli-mədəni irsini əks etdirən musiqi və səhnə nümunələri nümayiş etdirilib, həmçinin Prezident Ho Şi Minin həyat və fəaliyyətinə həsr olunmuş tamaşa təqdim olunub.

            Tədbirin sonunda Azərbaycan–Vyetnam arasında ikitərəfli mədəni əlaqələrin inkişafına və “Bakıda Vyetnam günləri”nin təşkilinə verdikləri töhfələrə görə bir sıra şəxslər və yaradıcı heyət üzvləri təltif olunublar.

            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
            Internationalization first degree

            Son XƏBƏRLƏR

            30.07.2026 | 18:07

            BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

            29.07.2026 | 15:45

            BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

            29.07.2026 | 15:39

            BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

            29.07.2026 | 15:17

            BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

            28.07.2026 | 16:48

            BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025