BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            first degree 12 December 2024 17:15

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

            Sonra anım tədbiri BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində öyrənilməsinə, təbliğinə və tətbiqinə daim böyük ehtiyac olan irs yaradıb. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illər onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda sənaye, iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə sahələri sürətli inkişaf edib. Ulu Öndərin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi isə əsl xilaskarlıq missiyası idi. 1993–2003-cü illərdə Ulu Öndər Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb. Məhz Ümummilli Liderin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, yenidən dirçəliş mərhələsinə daxil olub. Bütün sahələrdə islahatlar geniş vüsət alıb, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılmasında, sülh, sabitlik və inkişafın təmin edilməsində böyük rol oynayıb.

            Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi onun müəyyən etdiyi siyasi xətti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işqalına son qoydu. Heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, suverenliyimiz bərpa olundu. Bütün bu qələbələr məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə  dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı. Hazırda hərb meydanında qazandığımız zəfərin davamı kimi darmadağın edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. İllərlə işğal altında qalan torpaqlarımızda həyat yenidən qaynayır. Ölkəmiz qlobal tədbirlərə ev sahibliyi edir, xalqımızın müdrikliyini, dövlətimizin qüdrətini nümayiş etdirir.

            Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Milli Məclisin üzvü Aydın Hüseynov və Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

            Sonda Azərbaycan Dövlət Televiziyasının Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Tarix yazan Qalib” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025