BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə universitetin akademik heyəti üçün “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov tərəfindən keçirilən təlimdə tələbəyönlü tədrisin əsas prinsipləri, tədris prosesinin səmərəli təşkili, tələbələrin təlim nəticələrinin qiymətləndirilməsi və müasir qiymətləndirmə yanaşmalarının tətbiqi məsələlərinə diqqət yetirilib.
Təlimin əsas məqsədi akademik heyətin tələbəyönlü tədris metodları və biliyin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, tədris prosesində müasir pedaqoji yanaşmaların tətbiqinin təşviq olunması və təlim nəticələrinin daha səmərəli qiymətləndirilməsinə dəstək göstərilməsidir.
Qeyd edək ki, BDU-da keyfiyyət təminatı istiqamətində həyata keçirilən bu cür tədbirlər tədrisin keyfiyyətinin yüksəldilməsinə, tədris prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, tələbələrin təlim prosesində fəal iştirakının təşviqinə və akademik heyətin davamlı peşəkar inkişafına xidmət edir.