BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir

            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir

            first degree 24 December 2025 13:45

            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir. İlk dəfə keçirilən forum 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və tarixi Zəfərimizin beş illiyinə həsr olunub.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidi, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsidir. Bu gün müstəqil, qalib, suveren ölkəmizdə dövlətçiliyin daha da möhkəmləndirilməsində Azərbaycan gənclərinin aparıcı rolu var: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Azərbaycan gənclərinin tarixi Zəfərimizin qazanılmasında, ölkəmizin bütün sahələrdə inkişafında, Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərində imzası var”.

            BDU ailəsinin üzvləri olan tələbə və məzunların ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynadığını deyən prorektor bütün bu vəzifələrin təşkilatlanmış formada həyata keçirilməsi üçün Universitet tərəfindən mühüm addımlar atıldığını deyib. Qeyd edib ki, 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin yaradılması bu baxımdan yüksək dəyərləndirilməlidir. Dövlət gənclər siyasətinə ölkənin ən böyük tələbə kontingenti ilə öz faydasını verən BDU-da bu prosesin aktiv iştirakçılarından biri də yarım əsrdən çoxdur uğurlu fəaliyyət nümayiş etdirən Tələbə Həmkarlar İttifaqı Komitəsidir. 1974-cü ildən fəaliyyət göstərən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir: “Bu gün ilk dəfə keçirilən Tələbə Həmkarların I Həmrəylik Forumunun uğurlu nəticələr verəcəyinə, həm BDU tələbələrinin, həm də digər ali təhsil müəssisələrindən olan gənclərin bu prosesdə aktiv iştirak edəcəyinə inanıram”.

            Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ölkənin həyatında aparıcı rol oynayan gənclərin həmrəylik nümayiş etdirməsinin vacibliyini, forumun bu istiqamətdə uğurlu addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan gəncləri ortaq məxrəcə gəlməyi, ölkəmizin mənafeyini müxtəlif platformalarda müdafiə etməyi bacarmalıdırlar: “Qeyd olunan istiqamətdə BDU THİK-in fəaliyyəti çox təqdirəlayiqdir və onlara uğurlar arzulayıram”.

            Milli Məclisin üzvləri Aydın Hüseynov və Sevinc Fətəliyeva, Azərbaycan Dillər Universitetinin THİK sədri Zəhra Hüseynova yeni reallıqlar dövrünü yaşayan ölkəmizdə həmrəylik faktorunun dövlətimizin və xalqımızın qazandığı uğurlarda mühüm amil olduğunu vurğulayıb, ilk dəfə keçirilən Forumun işinə uğurlar arzulayıblar.

            Daha sonra BDU THİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

            BDU THİK-in sədri Zöhrab Cavadzadə Komitə tərəfindən 2024-2025-ci illər ərzində görülən işlər haqqında məlumat verib və bu tədbirin digər ali təhsil müəssisələrindən olan tələbə həmkarlar ilə şəbəkələşmə və qarşılıqlı əlaqələr istiqamətində çox faydalı olacağını qeyd edib: “İnanırıq ki, ilk dəfə keçirdiyimiz və birliyimizdən yaranan birgə platforma ilə yenidən dirçələn Qarabağımıza, gündən-günə dünya dövlətləri içərisində öz nüfuzunu artıran ölkəmizə və xalqımıza töhfəmizi verə biləcəyik. Həmrəyliyimizdən doğan gücümüzlə tərəqqiyə yol açacağıq!”.

            Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.

            Qeyd edək ki, Forum öz işini “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” mövzusunda panel sessiya ilə davam etdirəcək.

            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir
            first degree

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025