BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da tədbir: “1923-dən sonsuzluğa”

            BDU-da tədbir: “1923-dən sonsuzluğa”

            first degree 6 May 2026 16:29

            BDU-da tədbir: “1923-dən sonsuzluğa”

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “1923-dən sonsuzluğa” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb.

            İbrahim Zeynalov Ümummilli Liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin Universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir. Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi xüsusilə gənc nəsil üçün böyük əhəmiyyət daşıyır. Tələbələr bu irsdən bəhrələnərək milli dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektli vətəndaşlar kimi formalaşmalıdırlar. Dekan bildirib ki, Tarix fakültəsində Ulu Öndərin həyat və fəaliyyətinin tədqiqinə xüsusi diqqət yetirilir, bu istiqamətdə mütəmadi elmi və maarifləndirici tədbirlər həyata keçirilir.

            Daha sonra TAİB-in sədr müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi dünyası, yüksək liderlik keyfiyyətləri və dövlətçilik prinsiplərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması istiqamətində misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun nəticəsidir. Gənclər bu zəngin irsdən bəhrələnərək dövlətçilik ənənələrini yaşatmalı və inkişaf etdirməlidirlər.

            Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri çıxış ediblər.

            Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

            BDU-da tədbir: “1923-dən sonsuzluğa”
            BDU-da tədbir: “1923-dən sonsuzluğa”
            BDU-da tədbir: “1923-dən sonsuzluğa”
            BDU-da tədbir: “1923-dən sonsuzluğa”
            BDU-da tədbir: “1923-dən sonsuzluğa”
            first degree

            Son XƏBƏRLƏR

            06.05.2026 | 17:27

            BDU-nun təşkilatçılığı ilə III Respublika Hüquq Olimpiadasına start verilib

            06.05.2026 | 16:12

            BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

            06.05.2026 | 14:56

            BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada

            06.05.2026 | 14:41

            BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir

            06.05.2026 | 14:19

            BDU nümayəndələri İtaliyada keçirilən Avropa Universitetləri Sammitində iştirak edirlər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025