BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da tanınmış alim, professor Hacalı Nəcəfoğlunun 70 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BDU-da tanınmış alim, professor Hacalı Nəcəfoğlunun 70 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BSU 17 December 2025 16:13

            BDU-da tanınmış alim, professor Hacalı Nəcəfoğlunun 70 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetində (BDU) tanınmış kimyaçı alim, professor Hacalı Nəcəfoğlunun 70 illik yubileyinə həsr olunmuş “Koordinasiya kimyasında yeni yanaşmalar” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

            Konfransın açılış mərasimində BDU rektoru Elçin Babayev qeyd edib ki, Universitetin tanınmış məzunu, professor Hacalı Nəcəfoğlu ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan elminin, mədəniyyətinin təbliğində, o cümlədən BDU-nun dünya miqyasında nüfuzunun yüksəldilməsində xidmətlər göstərmiş elm adamıdır. Rektor diqqətə çatdırıb ki, 1972-1977-ci illərdə BDU-nun Kimya fakültǝsindǝ təhsil alan Hacalı Nəcəfoğlu Azǝrbaycan Milli Elmlǝr Akademiyasının akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Quruluş kimyası elmi-tədqiqat laboratoriyasında işǝ başlayıb. Görkǝmli alim, professor Xudu Mǝmmǝdovun elmi rǝhbǝrliyi ilə 1983-cü lidǝ namizǝdlik dissertasiyasını müdafiǝ edib. 1985-ci ildǝ BDU-nun Qeyri-üzvi kimya kafedrasında laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1985-1992-ci illərdə BDU-nun Qeyri-üzvü kimya kafedrasında baş laborant, baş mühǝndis, aparıcı elmi işçi və asissent vǝzifǝlǝrindǝ işləyib. 1992-ci ildən qardaş Türkiyədə elmi-pedaqoji fəaliyyətini davam etdirib, 1992-1995-ci illərdə Ərzurum Atatürk Universitetində müǝllim kimi çalışıb. 1995-ci ildən indiyədək isə Türkiyənin Qars Qafqaz Universitetində çalışır.

            Rektor qeyd edib ki, professor Hacalı Nəcəfoğlu kristalloqrafiya sahəsində tanınmış alim olmaqla bərabər, dövlətçilik ənənələrinin, Ulu Öndər Heydər Əliyev irsinin mahir təbliğatçılarından biridir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Tǝrǝqqi”, "Diaspor fəaliyyətində xidmətə görə" və "Azǝrbaycan Xalq Cumhuriyyǝtinin 100 illiyi (1918-2018)" medalları ilə təltif edilib. Onun rǝhbǝrliyi altında 21 magistr, 11 fǝlsǝfǝ doktoru dissertasiyası müdafiǝ edilib. O, 5 kitabın müǝllifi, 7 kitabın redaktoru, 2 kitabın tǝrcümǝçisi, 230-dan çox elmi mǝqalǝnin müǝllifidir: “Bu konfrans vətənpərvər, azərbaycançılıq ideyası ilə yoğrulmuş ziyalımızın fəaliyyətinə həsr olunub. İnanıram ki, gənc tədqiqatçı və tələbələrimiz həm professor Hacalı Nəcəfoğlunun elmi və təşkilatçılıq fəaliyyəti ilə yaxından tanış olacaq, həm də konfransda oxunacaq məruzələrdən faydalanacaqlar”.

            Sonra professor Hacalı Nəcəfoğlu haqqında videoçarx təqdim olunub.

            Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, Türkiyənin Qəbzə Universitetinin Kimya fakültəsinin dekanı, professor Ramazan Altuntaş, Mirze Uluqbəy adına Özbək Milli Tədqiqat Universitetinin Kimya fakültəsinin dekanı, professor Saxnuza Kadirova, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor İmaməddin Əmiraslanov, Atatürk Universitetinin professoru Hasan Seçen, BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Qars Qafqaz Universitetinin dosenti Elif Öztürkkan, BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışlarında professor Hacalı Nəcəfoğlunun Azərbaycanda və Türkiyədə kimya elminin inkişafında, Türk dünyasının elm-təhsil sahəsində şəbəkələşməsində xidmətlərini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, görkəmli alim yalnız kimya sahəsində deyil, Azərbaycanın mədəniyyəti, dili, ədəbiyyatı, ümummilli mövzularla bağlı çoxsaylı yazıları, çıxışları ilə daim ölkəmizin həqiqətlərini tanıdıb, vətəndaş kimi öz borcunu layiqincə yerinə yetirib.

            Sonra professor Hacalı Nəcəfoğlunun yubileyi ilə bağlı müxtəlif ölkələrdən olan alimlərin videotəbrikləri səsləndirilib.

            Sonda söz yubilyara verilib. Professor Hacalı Nəcəfoğlu konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib, BDU-nun təhsil və iş həyatında xüsusi yerinin olduğunu, daim Azərbaycana xidmət etməkdən qürur duyduğunu bildirib: “Həyatda ilk xoşbəxtliyim BDU-ya daxil olanda olub. Burada keçirdiyim hər an, imtahanlar zamanı aldığım qiymətlər, məzun olmağım və sonra burada işə başlamağım - hamısı mənim üçün qiymətlidir”.

            Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

            BSU

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025