BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib

            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib

            BSU 28 October 2026 18:15

            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) “Çəhrayı Oktyabr” maarifləndirmə kampaniyası çərçivəsində “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda tədbir keçirilib.

            Tədbirdə xərçəng xəstəliklərinin profilaktikası və erkən diaqnostikasının əhəmiyyəti vurğulanıb. BDU-nun Biotibbi tədqiqatlar və texnologiyalar Mərkəzinin direktoru Vüqar Yaqublu və Bioarxeologiya elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi arasında 2025-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən birgə elmi və maarifləndirici layihələr barədə məlumat verib, süd vəzi xərçənginin dünyada və Azərbaycanda qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildiriblər.

            Sonra söz DTX-nin Hərbi-tibb baş idarəsinin mütəxəssisləri — tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq, onkoplastik və rekonstruktiv cərrah Samir Qurbanov və cərrah mammoloq-onkoloq Leyla Bayramovaya verilib.

            Mütəxəssislər təqdimatlarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qlobal Xərçəng Müşahidə Mərkəzinin (GLOBOCAN) rəsmi statistik məlumatlarına istinad edərək bildiriblər ki, hər il dünyada süd vəzi xərçənginə təqribən 2.3 milyon yeni yoluxma faktı qeydə alınır. Ümumi qlobal statistikaya əsasən, hər 8 qadından birində həyat boyu bu xəstəliklə qarşılaşma riski özünü büruzə verir (orta hesabla 12–13%). Lakin xəstəlik erkən mərhələdə aşkarlandıqda və vaxtında diaqnoz qoyulduqda tam sağalma göstəricisi 90–95%-dən yüksəkdir.

            Çıxışlar zamanı süd vəzi xərçənginin yaranma riskini azaltmaq və xəstəliyi erkən mərhələdə aşkarlamaq üçün profilaktik müayinə üsulları diqqətə çatdırılıb.

            Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb və tələbələri maraqlandıran suallar həkim-mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BDU-da “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda maarifləndirici tədbir keçirilib
            BSU

            Son XƏBƏRLƏR

            28.10.2026 | 18:14

            Rumıniyanın Buxarest İqtisadi Elmlər Universitetinin nümayəndə heyəti BDU-da

            28.10.2026 | 16:59

            BDU-nun Kimya fakültəsinin tələbələri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

            28.10.2026 | 13:20

            BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

            28.10.2026 | 13:01

            BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

            27.10.2026 | 17:13

            XII Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025