BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub

            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub

            first degree 25 June 2026 14:52

            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycan Silahlı Qüvvələrinin təkcə hərbi güc simvolu deyil, müstəqil dövlətçiliyin, suverenliyin və milli birliyin təcəssümü olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Korpusun, yəni Milli Ordunun yarandığı 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycana birinci rəhbərliyi dövründə milli hərbi təhsil sisteminin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev onun daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli Fərmanı əsasında isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan Ordusu daha da təkmilləşərək yüksək səviyyəyə çatdırılıb. İbrahim Zeynalov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfər çaldı, işğal olunmuş ərazilərimizi düşməndən azad etdi. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları daha da genişlənir. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır.

            Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov bildirib ki, Azərbaycanın əldə etdiyi Zəfər müasir dövlətçilik tarixində həm hərbi qüdrətin, həm də beynəlxalq hüquqa söykənən ədalətli siyasi mövqenin parlaq təcəssümü kimi qiymətləndirilir. Uzun illər ərzində ölkənin suveren ərazilərinin işğal altında qalması beynəlxalq hüququn fundamental prinsiplərinin, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulması demək idi. Buna baxmayaraq, Azərbaycan dövləti illər boyu hüquqi müstəvidə ardıcıl və prinsipial siyasət yürüdərək beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr vasitəsilə öz haqlı mövqeyini dünya ictimaiyyətinə qəbul etdirməyə nail oldu. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən peşəkar və güclü ordularından birinə çevrilib, maddi-texniki baza, müasir silahlanma sistemi və peşəkar hərbi kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib. Ordunun inkişafı yalnız hərbi strategiyanın deyil, dövlətin öz konstitusion hüquqlarını və suverenliyini qorumaq iradəsinin əsas göstəricilərindən biri oldu. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycan Ordusu beynəlxalq hüququn Azərbaycana verdiyi legitim müdafiə haqqını praktik müstəvidə reallaşdıraraq tarixi ədalətin bərpasını təmin etdi.

            Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev isə qeyd edib ki, dünyada baş verən silahlı münaqişələr, qlobal və regional geosiyasi qarşıdurmalar və çağırışlar fonunda Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, regionda sülhü və sabitliyi təmin etmək istiqamətində atdığı addımlar qürurvericidir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ardıcıl və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirib, həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasında rolunu artırıb. Prezidentin rəhbərliyi ilə yürüdülən uğurlu diplomatik və hərbi-siyasi fəaliyyət nəticəsində Azərbaycan nəinki öz hərbi gücü ilə torpaqlarını azad edib, həm də ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün təşəbbüskar ölkəyə çevrilib.

            Tədbir tələbələrin hazırladığı bədii hissə və qısa filmin nümayişi ilə davam edib.

            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub
            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub
            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub
            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub
            first degree

            Son XƏBƏRLƏR

            25.06.2026 | 16:31

            BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

            25.06.2026 | 14:41

            BDU-nun 9 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

            25.06.2026 | 14:37

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

            25.06.2026 | 11:30

            BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

            25.06.2026 | 11:29

            BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025