BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

            BSU 21 April 2025 09:51

            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda Gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov abidələrin qorunması, gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, abidələrin təkcə tarixin yadigarları deyil, maddi-mədəniyyət nümunələri, xalqımızın bu regionda mövcudluğunun daş pasportları olduğunu bildirib.

            Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Milli tariximizin öyrənilməsində abidələrin və tarixi yerlərin əhəmiyyəti” adlı məruzəsində tarixi abidələrin xalqın qədim tarixinin, identikliyinin göstəricisi olduğunu, onların içərisində arxeoloji abidələrin xüsusi yer tutduğunu qeyd edib. Diqqətə çatdırıb ki, konfransa AMEA Arxeologiya və Antropologiya İnstitutu, BDU-nun Qazax filialı, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Lənkəran Dövlət Universiteti, “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğu, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət  Qoruğundan çoxsaylı tezis daxil olub, onlardan 41-i konfransın təşkilat komitəsi tərəfindən qəbul edilib.

            Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev milli-mədəni irsimizin, tarixi kökümüzün araşdırılması və təbliğində gənclərin rolunu vurğulayıb, dünya muzeylərində olan, eləcə də erməni vandalizminə məruz qalmış maddi mədəniyyət nümunələrinə sahib çıxa bilmək üçün elmi tədqiqatların aparılmasının vacibliyini bildiriblər.

            AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Turan Eldarov “Qobustan abidələrinin tədqiqatları: tarixi, müasirlik və perspektivlər”,  BDU-nun magistrantı Aynur Ağayeva “II Kültəpə yaşayış yeri: Azərbaycanın erkən şəhərlərində gündəlik həyat” mövzularında məruzə ediblər.

            Konfrans öz işini 6 bölmədə davam etdirib.

            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”
            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”
            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”
            BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025