BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            first degree 5 March 2026 15:53

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin IV seminarı keçirilib.

            “İKT sahəsində təşkilati davranış və idarəetmə” mövzusunda keçirilən seminarın qonaqları BDU məzunları – “Megasec” MMC-nin direktoru Qabil Qasımov, icraçı direktoru Ayan Etibar və şirkətin biznesin inkişafı üzrə meneceri Arzu Rəhimli Dadaşova olub.

            Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, indiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı kadr yetişdirib. Bu gün ölkədə ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatın elə bir sahəsi yoxdur ki, BDU məzunları orada əsas rol oynamasınlar: “Məzunlarımız istehsalatdan tutmuş idarəetməyə, elmdən biznesə qədər bütün sahələrdə fəal şəkildə təmsil olunurlar. BDU-nun Məzunlar Cəmiyyəti isə xüsusilə ölkənin sosial-iqtisadi inkişafında seçilən məzunlarımızın karyera yolları, uğur hekayələrinin tələbələrimizlə bölüşməsi baxımından mühüm platformadır”.

            Prorektor qeyd edib ki, bu cür seminarlar tələbələrin real iş mühiti haqqında biliklərini artırır, onların gələcək peşə seçimlərinə müsbət təsir göstərir və universitet-məzun əlaqələrinin davamlılığını təmin edir. O, son illər ölkədə rəqəmsallaşma, informasiya texnologiyaları sahəsinin yüksək sürətlə inkişaf etdiyini, “Megasec” MMC-nin süni intellekt və İT həllər üzrə nüfuzlu şirkətlərdən biri olduğunu diqqətə çatdırıb.

            "Megasec" MMC-nin direktoru Qabil Qasımov çıxışında şəxsi inkişafının təməlinin məhz Bakı Dövlət Universitetində qoyulduğunu qeyd edib. O, universitet illərində qazandığı biliklərin, formalaşan analitik düşüncə tərzinin və müəllimlərin verdiyi istiqamətin bu gün peşəkar fəaliyyətində mühüm rol oynadığını bildirib. Qabil Qasımov müasir dövrdə sürətlə inkişaf edən texnologiyaların yalnız texniki yenilik kimi deyil, insanların gündəlik həyatını asanlaşdıran, biznes proseslərini optimallaşdıran və idarəetmədə effektiv qərarların verilməsində əsas rol oynayan mühüm alətə çevrildiyini diqqətə çatdırıb. O, xüsusilə informasiya təhlükəsizliyinin rəqəmsal transformasiya dövründə prioritet məsələ olduğunu qeyd edərək, bu sahədə ixtisaslı mütəxəssislərə olan tələbatın artdığını bildirib. Qabil Qasımov rəhbərlik etdiyi şirkətin 78 əməkdaşından 48-nin, İdarə Heyətində təmsil olunanların isə hamısının BDU məzunu olduğunu diqqətə çatdırıb, tələbələrə uğurlu karyera qurmaq üçün yalnız nəzəri biliklərlə kifayətlənməməyi, praktiki bacarıqlar əldə etməyi, daim öz üzərlərində işləməyi, məzuliyyətli olmağı, vaxtlarını düzgün planlamağı, qrup halında işləməyə üstünlük verməyi tövsiyə edib.

            Seminarın davamında “Megasec" MMC-nin icraçı direktoru Ayan Etibar və şirkətin biznesin inkişafı üzrə meneceri Arzu Rəhimli Dadaşova müasir texnologiya dövründə rəqəmsal transformasiyanın idarəetməyə təsiri, eləcə də rəhbər və işçi münasibətlərində etimad amilinin əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, texnologiyanın sürətli inkişafı bir tərəfdən iş proseslərini asanlaşdırsa da, digər tərəfdən düzgün idarə olunmadıqda etibarın azalması, kommunikasiya boşluqları və informasiya təhlükəsizliyi riskləri yarada bilər.

            Çıxışlar zamanı texnologiyadan istifadə zamanı yaranan risklərin minimuma endirilməsi, korporativ mühitdə sağlam iş münasibətlərinin qorunması və insan faktorunun önəminin itirilməməsi xüsusi vurğulanıb. Eyni zamanda, məhsulların texnologiya dövründə bazara çıxarılması strategiyaları, innovativ yanaşmaların tətbiqi, müştəri ehtiyaclarının düzgün analiz edilməsi və rəqabət mühitində davamlı inkişaf mövzularına da toxunulub. Spikerlər real iş təcrübələrindən nümunələr təqdim edərək tələbələrlə praktiki biliklərini bölüşüblər.

            BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Güman Qarayev çıxışında bu cür seminar və görüşlərin mütəmadi olaraq təşkil olunacağını bildirib, Universitetdə rəqəmsallaşma istiqamətində görülən işlərdən danışıb. Güman Qarayev qeyd edib ki, tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların real iş mühiti ilə daha yaxından tanış olması üçün İT yönümlü təcrübə və əməkdaşlıq imkanları bundan sonra da genişləndiriləcək.

            Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”
            first degree

            Son XƏBƏRLƏR

            05.03.2026 | 17:17

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            05.03.2026 | 17:16

            Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

            05.03.2026 | 17:15

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            05.03.2026 | 16:08

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            05.03.2026 | 15:29

            BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025