BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib

            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib

            Internationalization 11 November 2025 18:52

            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib

            Bakı Dövlət Universitetində (BDU) Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.

            Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. O qeyd edib ki, təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.

            Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait yaradır.

            Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin BDU-dakı xüsusi auditoriyasında “Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım” mövzusu ilə başlayıb. İştirakçılar “Euronews” telekanalının Astana bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında xəbər süjetlərinin hazırlanması, efir üçün materialların strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi praktiki bacarıqlarla tanış olublar.

            Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam edib.

            Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib
            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib
            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib
            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib
            BDU-da MEDİA-nın təşkilatçılığı ilə “Euronews Academy”nin beynəlxalq tədris proqramının növbəti mərhələsinə start verilib
            Internationalization first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025