BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi

            BSU 1 December 2025 14:45

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi

            Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının konstitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.

            Tədbirdən əvvəl BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.

            Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi olub. Konstitusiyamız insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit, hakimiyyət bölgüsünü, dövlət quruluşunu və cəmiyyətin əsas prinsiplərini müəyyən edir. XXI əsrin reallıqları suverenlik məfhumuna yeni məzmun gətirib. Bu gün suverenlik siyasi sərhədlərlə yanaşı, iqtisadi, texnoloji və elmi suverenlik, infomasiya və kiberməkanda suverenlik, mədəni suverenlik və identiklik kimi sahələri də özündə birləşdiriir. Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə öz suverenliyini daha da gücləndirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi isə bu prosesin ən mühüm tarixi nəticəsi oldu. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə heç bir gün belə çəkməyən lokal antiterror tədbirləri ilə Azərbaycan dövlətinin ərazi bütövlüyü və konstitusion hakimiyyəti tam şəkildə bərpa olundu. Ölkəmizin hər bir qarışında Azərbaycan Respublikasının Konstitusiyasının  tətbiqi təmin olundu.

            Rektor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və onun hazırladığı konstitusion model Azərbaycan dövlətinin siyasi sabitliyinin, hüquqi sisteminin və idarəetmə strukturunun təməlini təşkil edir. Bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə daha da inkişaf etdirilir. Dövlət idarəçiliyində institusional modernizasiya, hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi və milli maraqlara əsaslanan suveren siyasət bu prosesin davamıdır. Bakı Dövlət Universitetinin bu istiqamətdə rolu da xüsusi qeyd olunmalıdır: “Universitet minlərlə hüquqşünasın, dövlət xadiminin, diplomatın, tarixçinin, iqtisadçının və digər sahələr üzrə tədqiqatçıların yetişdiyi məktəbdir. Burada aparılan elmi araşdırmalar, konstitusiya hüququ üzrə təhlillər, dövlət suverenliyinə dair multidissiplinar layihələr ölkənin elmi-intellektual potensialına mühüm töhfə verir. Konstitusiya və suverenlik kimi mürəkkəb, fundamental və strateji anlayışların müzakirə edildiyi belə tədbirlər məhz gənclərin dünyagörüşünü genişləndirməyə, elmi təfəkkürünü dərinləşdirməyə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin “yol xəritəsi”, suverenliyimizin hüquqi çərçivəsidir. Bugünkü konfrans bu sənədin mahiyyətini daha dərindən anlamağa, onu elmi və praktik prizmadan yenidən qiymətləndirməyə imkan verəcək”.

            Milli Məclis sədrinin müavini, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr  olunmuş konfransın keçirilməsinin Azərbaycanın son 30 il ərzində konstitusion inkişaf yoluna nəzər salınması baxımından mühüm addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət hüququ anlayışı məhz 1993-cü ildə Ümummilli Liderin hakimiyyət gəlməsindən sonra və ilk milli Konstitusiyanın qəbulu ilə bərqərar olunmağa başlayıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı 2002, 2008 və 2016-cı illərdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklər edilməsi üçün referendumlar keçirilib.

            Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə bildirib ki, ölkəmizin suverenliyinin bərpasından sonra Azərbaycan Konstitusiyasının normaları yeni məzmun kəsb etməyə başlayıb: “Konstitusiya prinsipləri dövlət hakimiyyətinin legitim əsasları kimi çıxış edir. Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarını, sosial ədalət prinsiplərini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına, milli dövlətçilik fəlsəfəsinə əsaslanır”.

            Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Kərəm Mansurov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışlarında konfansın Konstitusiya quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıblar.

            Konfrans bölmə iclasları ilə işini davam etdirir.

            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025