BDU-da Konstitusiya Günü ilə bağlı kitab sərgisi təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 12 Noyabr – Konstitusiya Günü münasibətilə ənənəvi kitab sərgisi təşkil edib.
Sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatları, Konstitusiya hüququ, tarixi, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası kimi mövzularda 50-dən çox nəşr nümayiş olunur.
Konstitusiyamızın dövlətçilik tariximizdəki rolunun gənc nəslə çatdırılmasına öz töhfəsini verəcək sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.