BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib

            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib

            first degree 24 December 2025 16:11

            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib

            Bakı Dövlət Universitetində (BDU) “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, bəşəriyyət bütün tarix boyu dahi şəxsiyyətlərin, böyük sərkərdələrin əldə etdikləri şanlı zəfərlərə şahidlik edib. Zəngin dövlətçilik ənənələri olan Azərbaycan tarixində də taleyüklü ən mühüm və əlamətdar hadisələrdən biri 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədir. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda apardığımız haqq savaşında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi Zəfər təkcə ölkəmizin deyil, ümumilikdə regionun inkişafında yeni bir səhifə açıb: “Bu Zəfər ölkə Prezidentinin siyasi iradəsi və qətiyyəti, Vətənin hər qarışı uğrunda canından keçməyə hazır olan igidlərimizin misilsiz fədakarlığı sayəsində, şəhidlərimizin qanı və canı hesabına qazanılıb. Böyük qələbəyə imza atmaqla Azərbaycan əsgəri hər şeydən əvvəl uzun illər işğal altında olan ərazilərdə amansızlıqla qətlə yetirilmiş və işgəncələrə məruz qalmış soydaşlarımızın qisasını almış oldu. Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin Vətən torpaqlarının işğaldan azad edilməsi, bölgədə sülh və əmin-amanlığın bərqərar olunması ilə bağlı arzu və istəklərini ləyaqətlə gerçəkləşdirdi. Prezident İlham Əliyevin müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm və qüdrətli dövlətə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrildi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü Azərbaycanın müxtəlif sahələrdə yaşadığı geniş inkişafın, sabitliyin və uğurların geniş spektrini əhatə edir. Bu illər ərzində ölkəmiz təkcə regional bir qüvvə kimi deyil, həm də qlobal miqyasda nüfuzlu bir dövlət kimi qəbul edilib. Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən siyasət Azərbaycanı müasir dövrün tələblərinə uyğunlaşdırıb, milli qüruru yüksəldib, gələcəyə inam aşılayıb”.

            Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi sabitliyin nümunəvi modelinə çevrilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri qətiyyətlə davam etdirilib, ölkədə hüquqi dövlətin formalaşması, demokratiya institutlarının gücləndirilməsi və milli birliyin təmin edilməsi kimi prioritetlər ön plana çıxarılıb. Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutub, xalqın iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub. Beynəlxalq arenada ölkəmiz müstəqil xarici siyasət yürüdən, öz maraqlarını qoruyan və tərəfdaşlarına etibarlı olan bir aktor kimi tanınıb. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması və digər strateji məsələlərin həlli ilə bağlı irəli sürülən təşəbbüslərin və aparılan danışıqların nəticəsi olaraq, bu ilin avqustunda ABŞ prezidentinin iqamətgahında rəsmi sənədlərin imzalanması danışıqlar masasında Azərbaycan diplomatiyasının möhtəşəm qələbəsinin birmənalı ifadəsidir: “Tarixi torpaqlarımızı azadlığa qovuşduran böyük Zəfər cəbhədə xalqımızın milli qeyrətinin və ordumuzun hərbi qüdrətinin təcəssümü, xalq, ordu və iqtidar birliyinin təzahürü idisə, müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin iqtisadi qüdrətinin parlaq göstəricisidir”.

            Rektor Elçin Babayev bildirib ki, Prezident İlham Əliyevin liderliyi Azərbaycanı sosial ədalətin və rifahın yüksək olduğu bir ölkəyə çevirib. Təhsil, səhiyyə, sosial müdafiə və gənclər siyasəti kimi sahələrdə həyata keçirilən islahatlar bunun bariz nümunəsidir: “Xüsusilə Qarabağda həyata keçirilən sosial proqramlar — məktəblərin, məscidlərin və mədəni abidələrin bərpası regionun mədəni və sosial canlanmasını təmin edib. Bu proseslər Qarabağı təkcə coğrafi deyil, həm də mədəni-milli birləşmənin simvoluna çevirib, Azərbaycan xalqının tarixi yaddaşını dirildib. Prezident İlham Əliyevin 22 illik möhtəşəm fəaliyyəti ümumilikdə Azərbaycanın transformasiyasını — sabitlikdən qüvvəyə, işğaldan azadlığa, maraqdan qlobal töhfəyə keçidini əks etdirir. Bu şanlı dövr Azərbaycan xalqına böyük inam və qürur aşılayaraq, gələcək nəsillərə bir uğur hekayəsini miras qoyur, bizi inamla parlaq gələcəyə aparır”.

            BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Azərbaycan dövlətçiliyində Heydər Əliyev mərhələsi”, Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğu siyasəti və qələbə strategiyası”, BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Xalid Niyazov ““Konstitusiya və Suverenlik İli” – müasir Azərbaycan dövlətçiliyinin konseptual mərhələsi”, Dünya iqtisadiyyatı kafedrasının dosenti Habil Aslanov isə “Azərbaycanda sosial-iqtisadi inkişafın nəticələri və gələcək hədəflər” mövzularında məruzə ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük Zəfərlə həm regionda, həm də beynəlxalq aləmdə böyük dəyişikliklərin əsasını qoyub. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, dayanıqlı inkişafının təmin olunmasına, beynəlxalq səviyyədə inam və etimad məkanına çevrilməsinə xidmət edib.

            Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixə yazılan Zəfər” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            BDU-da “Güclü lider, güclü dövlətçilik, davamlı inkişaf" mövzusunda dəyirmi masa keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025