BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir

            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir

            first degree 28 January 2026 15:01

            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir

            Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir.

            Forumdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.
            Forumun açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət gənclər siyasətinə dair Gənclər və İdman Nazirliyinin hazırladığı videoçarx nümayiş olunub.

            Forumun açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutur. Bu əlamətdar gün gənclərə daim böyük diqqət və qayğı göstərmiş, müasir dövlət gənclər siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 29 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü kimi təqvimə daxil edilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətimizin gənclər siyasətinin möhkəm qanunvericilik bazası formalaşdırılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş çoxsaylı fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Bu sənədlər gənclərin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb olunmasında və faydalı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir: “Gənc nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətə və xalqa sədaqət prinsipləri əsasında formalaşdırılması, hərtərəfli sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Hazırda ölkəmizdə bakalavr və magistr hazırlığı həyata keçirən dövlət və özəl ali təhsil müəssisələrində 200 mindən, 60-dan çox orta ixtisas təhsil müəssisəsində isə 60 mindən artıq gənc təhsil alır. “2022–2026-cı illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında bilik və təcrübə qazanır. Müxtəlif elm sahələrində uğurla elmi araşdırmalar aparan, elmi dərəcə və elmi adlar alan gənclərimizin sayı ildən-ilə artmaqdadır. Dövlətimizin gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və onun kütləviliyinin təmin edilməsi xüsusi yer tutur. Son illərdə nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycanın gənc idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edərək, ölkəmizin idman şöhrətini dünyaya tanıdırlar. Ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət və idman müsabiqələri, dünya miqyaslı tədbirlər müstəqil Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin təhsili, məşğulluğu, yaradıcılıq və innovativ potensialının inkişafı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması və könüllülük hərəkatının genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub. Strategiya müvəffəqiyyətlə icra olunub, bir çox uğurlar əldə edilib. 44 günlük Vətən müharibəsi gənclərimiz üçün əsl vətənpərvərlik məktəbi olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun sıralarında döyüşən gənclərimizin qəhrəmanlığı daim xatırlanacaq. Hazırda Azərbaycan gəncliyi təkcə keçmişin qəhrəmanı deyil, postmüharibə dövrünün qurucusu kimi çıxış edir. Azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesində gənclərimizin bilik və bacarıqları xüsusi əhəmiyyət daşıyır”.
            Rektor qeyd edib ki, BDU təkcə ölkəmizin ilk ali təhsil müəssisəsi deyil, Azərbaycan gəncliyinin formalaşmasında, intellektual və vətəndaş mövqeyinin yetişməsində aparıcı rol oynayan elm və düşüncə mərkəzi, dövlətimizin gənclər siyasətinin həyata keçirildiyi əsas platformalardan biridir. Universitet mühiti tələbələrin elmə, yaradıcılığa və ictimai həyata fəal qoşulması üçün geniş imkanlar yaradır. BDU-da fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” Təşkilatı, Tələbə Elmi Cəmiyyəti kimi tələbə təşkilatları, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, mədəniyyət və idman mərkəzləri gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynayır. BDU tələbələri ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, sosial layihələrdə və könüllülük fəaliyyətində xüsusi fəallıqları ilə seçilirlər. Bu gün ölkəmizin ən aparıcı könüllü təşkilatlarının üzvlərinin böyük əksəriyyəti BDU tələbələridir. “BDU könüllüləri” təşkilatı ölkənin ən dinamik və fəal könüllü təşkilatlarından biridir.

            Gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasətinin uğurla icra olunduğunu bildirib. O qeyd edib ki, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, həmin ildən etibarən gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif dövlət proqramları icra olunur, Azərbaycanda Gənclər Fondu yaradılıb. Prezident İlham Əliyev tərəfindən gənclərə böyük diqqət və qayğı var. Gənclərin inkişafı, dövlət idarəçiliyində irəli çəkilməsi üçün “Yüksəliş” müsabiqəsi icra olunur və minlərlə gənc bundan faydalanır. Hazırda Azərbaycanda 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Son illər ərzində paytaxtda və ölkənin müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarla birgə gənclər forumları təşkil edilir. Bu tədbirlər gənclərin təcrübə mübadiləsi aparmasına, yeni ideyalar əldə etməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə geniş imkanlar yaradır: “Güclü dövlət güclü gənclər deməkdir. İnanıram ki, Azərbaycan gəncliyi ölkənin gələcək inkişafında mühüm rol oynayaraq, dövlətimizin daha da qüdrətlənməsinə töhfə verəcək”.
            Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bildirib ki, Azərbaycan Gəncləri Günü ölkənin gələcəyini inkişaf etdirəcək bir nəslin bayramıdır. Bu gün həm də Azərbaycan dövlətinin gənclərə olan inamının, ümidinin və dəstəyinin rəmzi kimi qiymətləndirilir. O, BDU-nun ölkə üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Universitetin məzunları dövlət idarəçiliyində, bütün sahələrdə uğurla fəaliyyət göstərirlər.

            Prezident mükafatçısı, BDU məzunu Günay İmanzadə, Prezident təqaüdçüsü, BDU-nun 2025/2026-cı il üzrə ən yüksək balla qəbul olmuş tələbəsi Çiçək Hümmətli çıxışlarında uğur hekayələrini bölüşüb, Azərbaycan dövlətinin gənclər üçün yaratdığı şəraitin digər ölkələr üçün numunə olduğunu vurğulayıb, Forumun işinə uğurlar arzulayıblar.

            Sonra BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri elan olunub. Universitetin ictimai həyatında fəal iştirak edən bir sıra tələbələrə, BDU-nun gənclər təşkilatlarının üzvlərinə təşəkkürnamələr təqdim edilib.

            BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Azərbaycan Gəncləri Günü münasibətilə hazırladığı bədii kompozisiya nümayiş olunub.

            Tədbir “Dövlətçilik, təhsil və elm: Azərbaycan gəncliyinin strateji missiyası” mövzusunda panel müzakirə ilə davam edir.

            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
            first degree

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025