BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” başa çatıb

Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı, Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” yekunlaşıb.
Forum çərçivəsində “Azərbaycan multikulturalizm modeli: Təcrübə, gənclər və beynəlxalq təsir”, “Mədəniyyətlərarası dialoq və sülh: Qlobal çağırışlar və lokal həllər”, “Yeni nəsil təsir mexanizmləri”, “Rəqəmsal dövrdə mədəniyyətlərarası ünsiyyət və dezinformasiya riski” və “İnklüziv cəmiyyətlər və sosial inteqrasiya” mövzularında plenar müzakirələr keçirilib.
Plenar iclaslarda BDU-nun Fəlsəfə kafedrasının əməkdaşı Aygün Xəlilqızı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Əliyev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Aytən Qurbanova, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktor müavini Ramin Həbibzadə, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və jest dili təlimçisi, sosial layihələr üzrə təşkilatçı Nuranə Abıyeva çıxış ediblər.
Forumun sonunda işçi qrupunun iclası keçirilib və iştirakçılar tərəfindən yekun manifest rəsmi şəkildə elan olunub.