BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

            History 29 September 2026 12:17

            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

            Bakı Dövlət Universiteti (BDU), "BDU könüllüləri" təşkilatı və “SDG Youth Community” Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib.

            Forumun açılışında çıxış edən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov dayanıqlı inkişafın təmin olunmasında ali təhsil müəssisələrinin və gənclərin rolundan bəhs edib, bu istiqamətdə universitetlərin üzərinə düşən vəzifələrə diqqət çəkib. O, gənclərin innovativ yanaşmaları, təşəbbüskarlığı və müxtəlif sahələr üzrə əməkdaşlığa açıq olmasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

            Layihənin rəhbəri Anar Vəliyev, “SDG Youth Forum II” layihəsinin rəhbəri Nigar İsgəndərova, Dövlət Ekoloji Ekspertiza Agentliyinin Rəy və icazələrin icrasının monitorinqi şöbəsinin müdiri Gülab Bünyatov və Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin baş məsləhətçisi Ramilə Soltanova çıxışlarında DİM-lərin həyata keçirilməsində gənclərin rolunun artırılması, təhsil və institusional əməkdaşlığın əhəmiyyəti barədə fikirlər səsləndiriblər.

            Forumda “Dayanıqlı şəhərlər üçün yeni baxış və yerli həllər” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova, Bakı Mühəndislik Universitetinin professoru, Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov və “FounderDNA”nın təsisçisi, jurnalist Ayfra Manto iştirak ediblər.

            Panel zamanı dayanıqlı şəhərlərin formalaşdırılmasında müasir şəhərsalma yanaşmaları, şəhərlərin sosial, iqtisadi və ekoloji ehtiyaclara uyğun inkişaf etdirilməsi, yerli xüsusiyyətləri nəzərə alan həllərin tətbiqi və şəhər mühitində innovativ yanaşmaların rolu müzakirə olunub. Bununla yanaşı, şəhər planlaşdırılmasında əhalinin ehtiyaclarının nəzərə alınması, ictimai məkanların inkişaf etdirilməsi, şəhərlərin əlçatan və yaşamaq üçün əlverişli mühitə çevrilməsi məsələlərinə toxunulub.

            Müzakirədə şəhərlərin inkişafında yalnız infrastrukturun deyil, insan amilinin də əsas meyarlardan biri olduğu vurğulanıb. Panel iştirakçıları dayanıqlı şəhər modelinin formalaşdırılmasında dövlət qurumları, ali təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın əhəmiyyətindən bəhs ediblər.

            Forumun növbəti panel sessiyası “Gələcəyin dayanıqlı şəhərləri: Yaşıl transformasiya, inklüziv icmalar və birgə şəhər inkişafı” mövzusuna həsr olunub. Paneldə Kolumbiya Universitetinin Sabin İqlim Dəyişikliyi Hüququ Mərkəzində qlobal iqlim sahəsində məhkəmə işləri üzrə milli məruzəçi Sadiqə Mehdiyeva, “Venetian Plaster Art” şirkətinin həmtəsisçisi və direktoru Anna Shvygar, “Worley” şirkətinin ətraf mühit və sosial məsələlər üzrə meneceri Rahid Abbasov və “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov çıxış ediblər.

            Panel müzakirəsində yaşıl transformasiya, ətraf mühitin qorunması, şəhərlərin iqlim dəyişmələrinə adaptasiyasında ekoloji siyasətin rolu, inklüziv icmaların formalaşdırılması, sosial və ekoloji davamlılıq, eləcə də beynəlxalq münasibətlər kontekstində dayanıqlı inkişaf məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

            Məruzəçilər təmsil etdikləri sahələr üzrə təcrübələrini və strateji yanaşmalarını iştirakçılarla bölüşüb, dayanıqlı şəhər inkişafında dövlət, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

            Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

             

            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
            History first degree

            Son XƏBƏRLƏR

            29.09.2026 | 16:52

            BDU-da “Zəfər ayı”: “Yaddaşımızda yaşayan qəhrəmanlar”

            29.09.2026 | 16:14

            I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

            29.09.2026 | 12:16

            BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

            28.09.2026 | 16:43

            BDU-da silsilə təlimlər: “Elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması”

            28.09.2026 | 15:38

            BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025