BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı

            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı

            first degree 30 April 2025 18:24

            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı

            Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlara həsr olunmuş “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı keçirilib. Klip Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatçılığı, “PASHA Holding”in sponsorluğu ilə çəkilib.

            Tədbirin moderatoru, nitq və jest dili üzrə təlimçi Nuranə Abıyeva tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Universitetin rəhbərliyinə və “BDU könüllüləri” təşkilatına təşəkkürünü bildirib. Qeyd edib ki, inklüziv cəmiyyətin əsas qayəsini əlilliyi olan şəxslərin cəmiyyətin ayrılmaz bir parçası kimi gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların digər həmyaşıdlarına bənzər şəkildə resurs və imkanlara çıxışının təmin edilməsi təşkil edir.

            BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov vurğulayıb ki, bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramları icra edilir. BDU bu istiqaməti tədrisin və sosial həyatın təşkili prosesində öz strategiyasına əlavə edərək, uğurla icra edir: “Sağlamlıq imkanları məhdud şəxsləri bütün proseslərə cəlb etmək və inkişaflarını təmin etmək əsas məqsədlərimizdəndir. Çünki onlar əngəlli deyil, sadəcə fərqlidirlər”.

            “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin sədri Nazilə Məhərrəmova və autizm üzrə araşdırmaçı Əsmər Əskərova bu himnin inklüziv cəmiyyətə töhfə vermək məqsədi daşıdığını və universitetlərdə keçirilən belə tədbirlərin tələbə gənclərin bu tip məsələlərə həssaslığını artırdığını vurğulayıblar.

            Tədbir əlilliyi olan uşaqların hazırladığı xüsusi konsert proqramı ilə davam edib.

            Qeyd edək ki, himn Heydər Əliyev Fondunun dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunan “Fərqli fərdlər” beynəlxalq konqresinin təşəbbüsü və sponsorluğu, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin iştirakı ilə hazırlanıb. Himnin musiqisi Tural Məmmədliyə, sözləri isə Leyla Quliyevaya məxsusdur. Klipin rejissoru isə Ülviyyə Könüldür.

            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025