BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da elmi seminar: “Azərbaycanın nadir quşları və onların mühafizəsi”

            BDU-da elmi seminar: “Azərbaycanın nadir quşları və onların mühafizəsi”

            BSU 1 April 2026 16:35

            BDU-da elmi seminar: “Azərbaycanın nadir quşları və onların mühafizəsi”

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 1 aprel – Beynəlxalq Quşlar Gününə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov “Azərbaycanın nadir quşları və onların mühafizəsi” mövzusunda məruzə edib.

            Ramil Həsənov bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və mühüm miqrasiya maşrutlarının üzərində yerləşməsi buranın bioloji müxtəlifliyinin zəngin olmasına gətirib çıxarır. Həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkan olan ölkəmizdə 18 dəstənin 61 fəsiləsinə aid olan 400-dən çox quş növü qeydə alınıb, onların 78-i Azərbaycanın “Qırmızı kitabı”nın III nəşrinə daxil edilib.

            Məruzəçi quşların ekosistemlərdə və insan həyatında rolu, respublikamızın mühüm ornitoloji əraziləri, quşlar üçün təhlükə yaradan səbəblər və onların mühafizəsi üçün görülən tədbirlərdən də söz açıb. Ornitofaunanın mühafizəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin, ekoloji təhsil və marifləndirmənin rolunu qeyd edib.

            Daha sonra Ramil Həsənov 2024-2026-ci illərdə respublikamızın müxtəlif ərazilərində aparılan monitorinqlərin nəticələri haqqında məlumat verib: “Qızılağac, Ağgöl, Abşeron, Şirvan Milli parkları ərazisində aparılan tədqiqatları zamanı 211 quş növü qeydə alınıb ki, bunlardan 27-si müxtəlif mühafizə statusuna malik olmaqla “Qırmızı kitab”a daxil edilənlərdir. Aparılan tədqiqatlar respublikamızda ornitofaunanın müasir vəziyyətinin öyrənilməsi, sayı azalmaqda olan növlərin müəyyənləşdirilməsi və mühafizə tədbirlərinin hazırlanması üçün əhəmiyyətlidir”.

            Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

            BDU-da elmi seminar: “Azərbaycanın nadir quşları və onların mühafizəsi”
            BDU-da elmi seminar: “Azərbaycanın nadir quşları və onların mühafizəsi”
            BSU

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025