BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

            BSU 13 March 2025 11:40

            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

            Bakı Dövlət Universiteti (BDU) və  Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Geologiya fakültəsinin dekanı Mamoy Mansurov elmi təşkilatlar və ali təhsil müəssisələri arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib, Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan gənc mütəxəssislərin əksəriyyətinin Geologiya fakültəsinin məzunları olduğunu bildirib.

            BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə Universitet rəhbərliyi adından iştirakçıları salamlayaraq,  bu cür tədbirlərin elm və təhsilin inteqrasiyası üçün yaxşı nümunə olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

            AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli konfransda “Azərbaycanın müasir seysmogeodinamik  şəraiti” mövzusunda məruzə ilə çıxış edib.

            O, RSXM tərəfindən ölkə ərazisində 84 seysmik stansiya vasitəsilə aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. Qurban Yetirmişli Azərbaycan ərazisinin mövcud seysmogen vəziyyəti haqqında da danışıb, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlərin qeydə alınması, aparılan monitorinqlərlə bağlı da iştirakçıları məlumatlandırıb.

            Professor Qurban Yetirmişli çıxışında həmçinin RSXM-nin beynəlxalq seysmoloji təşkilatlar və xarici universitetlərlə əməkdaşlıq məsələlərinə də toxunub.

            BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə Azərbaycanda seysmoloji tədqiqatların yüksək səviyyədə aparıldığını qeyd edib,  alınmış nəticələri yüksək qiymətləndirib: “Bu gün burada təqdim olunan nəticələr çox böyük zəhmət və əmək sayəsində əldə olunub. RSXM dünyanın aparıcı universitetləri ilə yaxından əməkdaşlıq edir. Bu işlər BDU-nun məzunu, mənim tələbəm olmuş Qurban Yetirmişlinin rəhbərliyi altında aparılır. Bir müəllim kimi bunu görmək məni sevindirir. Mərkəzdə ən müasir texnologiya və proqramlardan istifadə edilir”. Akademik çıxışında gənclərə müraciət edərək, elm sahəsində aktiv olmağı, bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

            Tədbir mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BDU-da “Elm günü” və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025