BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

            first degree 19 September 2025 16:55

            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetində (BDU) 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçiliyi və milli kimliyi üçün mühüm tarixi gündür. Dövlət suverenliyi hər bir müstəqil dövlətin ən fundamental prinsipidir. 1991-ci ilin oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan rəsmi şəkildə Sovetlər İttifaqından ayrılaraq, öz müstəqil dövlət statusunu bərpa etsə də, təəssüf ki, mənfur qonşularımızın təcavüzü bizə suverenliyimizi tam bərpa etməyə imkan vermirdi. Bu ağrı və acılarla, çətinliklərlə dolu proses 30 ildən artıq davam etdi. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində tarixi iradənin ortaya qoyulması 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. BMT qətnamələrinin 30 il ərzində həyata keçirilməyən müddəaları real güc və siyasi iradə ilə icra edildi. Bu zəfər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş cəmi 23 saatlıq lokal antiterror tədbirləri ilə tamamlandı. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində suverenliyin tam bərpası həyata keçirildi. Separatçı qurumun ləğvi və dövlət hakimiyyətinin tam bərpası Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu. 2023-cü il sentyabrın 20-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bu, Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunun, dövlət suverenliyinin tam bərpa olunduğunun sübutu idi. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi.

            Rektor diqqətə çatdırıb ki, bu il avqustun 8-də müstəqil dövlətimizin növbəti şanlı qələbəsi sülhsevər Azərbaycanın dövlət siyasətinin təntənəsi kimi əbədi olaraq tarixə həkk olundu. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in ABŞ Prezidentinin iştirakı ilə paraflanması regionda davamlı və dayanıqlı sülhün təmin olunması baxımından mühüm tarixi hadisədir: “Sülh müqaviləsinin mətni paraflanmaqla siyasi və hərbi sabitliyin möhkəmləndirilməsi, sülh və əmin-amanlığın bərqərar edilməsi, eləcə də iqtisadi yüksəlişə nail olunması yolunda tarixi irəliləyiş əldə olundu. 30 ildə heç bir iş görməyən ATƏT-in Minsk Qrupu tarixin arxivinə göndərildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi təsdiqləndi. Bununla yanaşı, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ razılaşdırıldı. Regionda sülhün əldə edilməsi istiqamətində uzun müddət davam edən danışıqlar məhz möhtərəm Prezidentimizin qətiyyəti və şəxsi nüfuzu, məqsədyönlü xarici siyasəti nəticəsində öz bəhrəsini verdi. Dövlət Suverenliyi Günü məhz bu dönüş nöqtələrinin və müstəqilliyin gerçək mənada bərqərar olmasının rəmzidir. Bu tarix Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpa olunduğu günü təcəssüm etdirir. Dövlət Suverenliyi Günü həm də ümummilli amallar ətrafında xalqın birləşməsi, xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm ideoloji və tərbiyəvi rola malikdir. Bu bayram sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun nəticəsidir”.

            Milli Məclisin (MM) Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev, MM-in üzvü, professor Hikmət Babaoğlu, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev, BDU-nun Tarix fakültəsinin müəllimi Ülkər Məmmədzadə çıxışlarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın beynəlxalq aləmdə yeni reallıqlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Dövlət Suverenliyi Gününün təsis olunması tarixi qələbəmizin rəsmiləşdirilməsi və möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövləti hazırda müstəqilliyinin ən gözəl günlərini yaşayır.

            Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə - Xankəndidə doğan günəş” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025