BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

            BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

            economy 10 July 2026 14:57

            BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

            Dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi, strateji planlaşdırmanın gücləndirilməsi və müasir idarəçilik yanaşmalarının tətbiqi dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindəndir. İctimai idarəetmə sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya və səmərəli dövlət xidmətlərinə artan tələbat bu istiqamətdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

            Yeni ixtisaslaşma dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsini nəzərdə tutur. İxtisaslaşma çərçivəsində magistrantlar dövlət idarəçiliyi nəzəriyyələri, ictimai siyasətin formalaşdırılması, strateji planlaşdırma, dövlət proqramlarının qiymətləndirilməsi, idarəetmə islahatları və institusional inkişaf istiqamətləri üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

            Tədris prosesində magistrantlara dövlət idarəçiliyinin müasir modelləri, siyasət təhlili metodları və beynəlxalq təcrübə əsasında analitik araşdırmalar aparmaq, strateji sənədlərin hazırlanmasında iştirak etmək, idarəetmə proseslərinin qiymətləndirilməsi üzrə peşəkar bacarıqlar formalaşdırmaq imkanı yaradılacaq.

            “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşmasının məzunları dövlət qurumlarında, yerli icra hakimiyyəti orqanlarında, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, konsaltinq şirkətlərində, ali təhsil müəssisələrində və dövlət siyasətinin hazırlanması və icrası ilə məşğul olan digər dövlət və özəl qurumlarda uğurla fəaliyyət göstərə biləcəklər.

            Yeni ixtisaslaşma ölkədə dövlət idarəçiliyi sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə, müasir idarəetmə yanaşmalarının tətbiqinə və dövlət siyasətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

             

            economy

            Son XƏBƏRLƏR

            10.07.2026 | 16:17

            BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

            10.07.2026 | 13:37

            BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

            09.07.2026 | 16:51

            BDU Elmi Şurasının 2025/2026-cı tədris ilində son iclası

            09.07.2026 | 12:59

            Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

            09.07.2026 | 12:51

            BSU Holds the First Master’s Thesis Defenses in the Cultural Law Specialization

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025