BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub

            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub

            BSU 9 October 2026 16:46

            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub

            Bakı Dövlət Universiteti (BDU) və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) birgə təşkilatçılığı ilə “Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə” mövzusunda seminar keçirilib.

            Seminarda çıxış edən BDU-nun Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev müasir dünyada yaranmış yeni iqlim və dayanıqlı inkişaf reallıqları, bərpa olunan və alternativ enerjinin, xüsusilə yaşıl hidrogenin əhəmiyyətindən bəhs edib. O, həmçinin COP29 və WUF13 kimi qlobal beynəlxalq platformaların önəmini vurğulayaraq, BDU ilə İƏT Təmiz Enerji Mərkəzi arasındakı mövcud əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək planlar barədə məlumat verib.

            İƏT Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova qurumun fəaliyyət istiqamətləri, missiyası və təşkilati statusu haqqında danışıb. O, üzv ölkələr arasında təmiz enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji keçidinin təşviqi və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələrə toxunub. Nigar Şükürova COP29 Hidrogen Bəyannaməsinin əhəmiyyətini diqqətə çatdıraraq, bu sahədə regional əməkdaşlığın vacibliyini qeyd edib.

            Mərkəzin nümayəndəsi Elvira Kazımova isə hidrogen enerjisinə dair geniş təqdimatla çıxış edib. Məruzəçi hidrogenin istehsal zənciri, rəng təsnifatı, istehsal üsulları (xüsusilə elektroliz texnologiyaları), saxlanılması və nəqli mərhələlərini izah edib. Bildirilib ki, hidrogen həm sənayedə xammal, həm də enerji daşıyıcısı kimi çətin karbonsuzlaşdırılan sahələrdə istixana qazı emissiyalarının azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və aşağı karbonlu iqtisadiyyata keçidə mühüm töhfə verir.

            Tədbir çərçivəsində CECECO tərəfindən nəşr olunan və hidrogen dəyər zəncirini sadə dillə izah edən “H2 Knowledge Guide” kitabının təqdimatı baş tutub. Sonda həmin kitab seminar iştirakçılarına və BDU-nun Elmi Kitabxanasına hədiyyə edilib.

            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub
            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub
            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub
            BDU-da davamlı enerji keçidində hidrogenin rolu və tətbiqi üsulları müzakirə olunub
            BSU History first degree

            Son XƏBƏRLƏR

            09.10.2026 | 16:09

            BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

            09.10.2026 | 14:27

            BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

            09.10.2026 | 12:33

            BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

            09.10.2026 | 11:25

            BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

            08.10.2026 | 21:19

            BDU-da kosmik havanın kritik infrastruktura təsirləri və proqnozlaşdırılması problemləri müzakirə olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025