BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir

            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir

            first degree 12 March 2025 14:29

            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir

            Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və  Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir keçirilib.

            Tədbir Türkiyə Cümhuriyyətinin müstəqillik simvolu olan İstiqlal Marşının qəbul edilməsinin ildönümü və marşın müəllifi Mehmet Akif Ərsoyun anım günü münasibətilə təşkil edilib.

            Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

            Tədbirdə çıxış edən BDU-nun prorektoru, professor Fərda İmanov Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. O, iki ölkənin tarixi, mədəni və elmi sahələrdə bir-birinə yaxın olduğunu qeyd edərək, Azərbaycan-Türkiyə münasibətlərinin dünya üçün nümunə olduğunu bildirib: “Bizi dilimiz, dinimiz və tariximiz birləşdirir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’’ sözləri bu birliyin əsasını təşkil edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. 2020-ci ildə Vətən müharibəsi zamanı qardaş Türkiyənin  siyasi və mənəvi dəstəyini tam gücü ilə hiss etdik. 2021-ci ildə Şuşada imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri daha da möhkəmləndirdi. BDU hazırda dünyanın 100-dən çox universiteti ilə əməkdaşlıq edir, onların əksəriyyəti Türkiyə universitetləridir”.

            Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Bakı Yunus Əmrə İnstitutunun Azərbaycanda 10 ildən artıqdır fəaliyyət göstərdiyini və bu müddət ərzində fakültə ilə birgə müxtəlif mədəni tədbirlərin təşkilini diqqətə çatdırıb. O, Mehmet Akif Ərsoyun ədəbi mirasının önəmini vurğulayıb: “Hər bir yazıçı özündən sonra əsərləri ilə yaşayır. Mehmet Akif Ərsoy da İstiqlal Marşı ilə daim xatırlanır. Onun ifadələri Azərbaycanın Dövlət himni ilə də səsləşir. Bu, iki xalqın duyğularının bənzərliyini göstərir. Azərbaycan və Türkiyə eyni dili və mədəniyyəti paylaşan xalqlar olaraq qırılmaz bağlarla bir-birinə bağlıdır”.

            Bakı Yunus Əmrə İnstitutunun rəhbəri  Güvən Çolak iki dövlət arasındakı sıx münasibətlərin əhəmiyyətindən söhbət açıb: “Sərhədlərə baxmayaraq, könül dostluğu həmişə qalır. Buna görə də hər iki ölkənin insanları bir-birinə “qardaş” deyə xitab edir”.

            Türkiyəli yazıçı Bəşir Ayvazoğlu, türkoloq, professor Elman Quliyev və tarixçi Telman Nüsrətoğlu İstiqlal Marşının tarixi, bədii və siyasi əhəmiyyətindən danışaraq, onun istiqlal mübarizəsini əks etdirən dəyərli əsər olduğunu söyləyiblər.

            Tədbirin sonunda BDU tələbələri Mehmet Akif Ersoyun şeirlərini səsləndiriblər.

            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            BDU-da “Bir marşın uzun hekayəsi – Mehmet Akif Ersoy və İstiqlal Marşı” adlı tədbir
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025