BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub

            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub

            first degree 25 December 2025 16:09

            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində ölkəmizdə qadın hərəkatının tanınmış nümayəndəsi, ictimai-siyasi xadim, Əməkdar müəllim, BDU-nun Tarix fakültəsinin dekanı olmuş Səidə İmanzadənin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            2021-ci ildən başlayaraq AQUPDK tərəfindən həyata keçirilən layihə gənc qızların gələcək inkişafı, təhsili, bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Layihə çərçivəsində Təhsilin İnkişafı Fondu ilə birgə “Həmidə Məlikova-Zərdabi adına təqaüd proqramı” təsis olunub. Bu günə qədər ümumilikdə 238 tələbə qıza dəstək göstərilib, onlardan 55 nəfəri BDU tələbəsidir.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev bildirib ki, BDU-nun nüfuzlu müəllimlərindən olan, tələbələri və yetirmələri tərəfindən xoş xatirələrlə yad edilən Səidə İmanzadə təkcə Universitetin deyil, bütövlükdə ölkəmizin ictimai həyatında xüsusi fəallığı ilə seçilən ziyalılarımızdan olub. O, xüsusilə qadınların sosil-iqtisadi, ictimai-mədəni həyatda daha aktiv rol alması, onlar arasında maarifçilik işinin təbliği istiqamətində çoxşaxəli və səmərəli iş aparıb. Səidə İmanzadə 1910-cu il dekabrın 29-da Şəkidə anadan olub, 1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1925-ci ildə “Qadın nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri olub, azərbaycanlı qadınlar arasında maarifçilik işi aparıb. Səidə İmanzadə 1926-cı ildə Bakıda “Türk sənaye məktəbi”nə daxil olub. 1934-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix və ictimaiyyət fakültəsini bitirən Səidə İmanzadə bir müddət orta məktəblərdə müəllim, məktəb direktoru işləyib. 1946-cı ildən Səidə İmanzadənin fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olub. Dövrünün ən yüksək mükafatlarına layiq görülmüş Səidə İmanzadə uzun illər BDU-nun Tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərib, dosent vəzifəsində işləyib: “O, Tarix fakültəsində yüksəkixtisaslı kadrların formalaşmasına mühüm töhfələr verib. Səidə İmanzadə BDU-nun Tarix fakültəsinin dekanı olarkən xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu fakültədə təhsil alıb. Səidə İmanzadə 75-dən çox elmi əsər və kitabın müəllifi olub. Onun rəhbərliyi ilə 35-dən çox tarix üzrə fəlsəfə doktoru yetişib. Səidə İmanzadə həmçinin Bakı Qadınlar Şurasının sədri vəzifəsində də geniş maarifçilik işi aparıb. Qocaman pedaqoq, alim, ictimaiyyətçi və maarifçi, nəsillərə örnək olan bu nəcib insanın işıqlı siması, unudulmaz xatirəsi həmişə onu sevənlərin qəlbində yaşayacaq”.

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, Azərbaycan cəmiyyətinin intellektual və mənəvi inkişaf tarixində maarifçi qadınlar xüsusi yer tutur. Azərbaycanın ən parlaq maarifçi qadınlarından olan Səidə İmanzadə pedaqoq, alim və ictimai xadim kimi ömrunu qadın təhsilinin, elmi düşüncənin inkişafına həsr edib. Səidə İmanzadənin Bakı Dövlət Universitetində dosent, Tarix fakültəsinin dekanı kimi fəaliyyəti bir neçə nəslin formalaşmasında həlledici rol oynayıb, onun mühazirələri və pedaqoji yanaşması gənclərin vətənpərvərlik və məsuliyyət ruhunda yetişməsinə xidmət edib: “Bu gün “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçıları üçün Səidə İmanzadə irsinin tanıdılması xüsusi əhəmiyyət daşıyır. Çünki onun həyat yolu gənc qızlara sübut edir ki, təhsil qadını gücləndirir, cəmiyyəti dəyişir və tarixi davamlı edir. Layihə regionlarda yaşayan, sosial baxımdan həssas ailələrdən olan gənc qızların ali təhsilə çıxış imkanlarını artırır, onların intellektual və şəxsi inkişafını dəstəkləyir. Layihə çərçivəsində Elm və Təhsil Nazirliyi ilə birgə reallaşdırdığımız “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı Hənifə xanım Məlikovanın maarifçilik fəaliyyətinə ehtiramın ifadəsi olmaqla yanaşı, onun irsinin müasir dövrdə davamıdır. BDU bizim bu layihədə əsas tərəfdaşlarımızdandır. BDU-nun bu prosesdə iştirakı layihəyə elmi dərinlik və tarixi ardıcıllıq qazandırır. “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçıları indi artıq sadəcə tələbə deyil, maarifçi qadınların ideya davamçılarıdır. Onlardan gözlənilən yalnız uğurlu karyera qurmaq deyil, əldə etdikləri bilik və imkanları cəmiyyətin inkişafına yönəltməkdir”.

            Görkəmli alimin tələbələri - Milli Məclisin komitə sədrləri, BDU-nun kafedra müdirləri Hicran Hüseynova, Anar İsgəndərov, professor İradə Hüseynova, yazıçı-jurnalist, Səidə İmanzadə haqqında “Nura boyanmış ömür” kitabının müəllifi Xeyrulla Ağayev, Səidə İmanzadənin oğlu Mübariz İmanzadə, Hüquq fakültəsinin tələbəsi, “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının qalibi Duyğu Əsgərli çıxışlarında cəmiyyətin inkişafında qızların, qadınların rolunu vurğulayıb, ölkəmizin maarifçi qadınlarının həyat və fəaliyyətinin onlara örnək olduğunu bildiriblər.

            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            BDU-da Azərbaycanda qadın hərəkatının tanınmış nümayəndəsi, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyi qeyd olunub
            first degree

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025